Keçəçi ailəsi

Keçəçi ailəsiQaraqoyunlu, AğqoyunluSəfəvi dövlətinin idarə olunmasında mühüm rol oynamış və müxtəlif dövrlərdə mühüm vəzifələr tutmuş üzvləri olan zadəgan ailəsi.[1][2]

Keçəçilər
Əcdadı Məhəmməd Zəkəriyyə Keçəçi
Mənşəyi Təbriz
Təbəəliyi Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər
Mülki fəaliyyəti Ailənin 2 üzvü AğqoyunluSəfəvi saraylarında vəzir olmuşdur.

Keçəçi ailəsi Təbriz şəhərində məskunlaşan zadəgan ailəsidir. Ailənni adı həmçinin, bəzi mənbələrdə Kuçəçi və ya Kukaçi deyə də qeyd olunur. Ailənin adı tarixi mənbələrdə XV əsrdən XVIII əsrə qədər qeyd olunur. Ailənin ilk məşhur nümayəndəsi Məhəmməd Zəkəriyyə Keçəçidir. O, Ağqoyunlu dövlətində vəzir vəzifəsində çalışmış, lakin sonradan Səfəvi iperiyasının şahı I İsmayılın (1501-1524) tərəfinə keçmişdir. Şah I ismayıl da onu özünə vəzir təyin etmişdir. Zəkəriyyə Keçəçi 1512-1513-cü ildə vəfat etmişdir.

Zəkəriyyənin oğlu Cəlaləddin Məhəmməd Təbrizi 1523-cü ildə Şah İsmayıl tərəfindən vəzir təyin edilmiş və I Şah Təhmasibin ilk vəziri olmuşdur. Lakin o, bu vəzifədə çalışarkən Rumlu tayfasına mənsub olan Div Sultan Rumlu tərəfindən qətlə yetirilmişdir. Bu hadisə İsgəndər bəy Münşinin əsərində belə təsvir edilir:[3]:

Süleyman şanlı xaqanın vəfatı və hümayun cənnətməkan şahın cülusundan sonra Xacə Cəlaləddin Məhəmməd Keçəçi o həzrətin əmriylə vəzarət rütbəsi ilə şərəfləndi. Vəzirlik dövründən heç bircə il keçməmişdi ki, iqtidar sahibli vəkil Div Sultan Rumlu onunla yola getmədi, aralarında dava-dalaş tozu yüksəldi, onun tutulub yandırılması haqda fərman verildi. Xacəni kətana büküb yandırdıqları vaxt öz halına münasib bu beyti dedi:

Bəla küncündə əyləşdim və əndamım alovlandı,
Kim əyləşsə bəla küncündə əyləşsin gərək böylə

Cəlaləddin Təbrizi qətlə yetirildikdən sonra onun yerinə Cəfər Savcı təyin edilmişdir. Zəkəriyyənin qardaşı oğlu Məhəmməd bəy Keçəçi Səfəvi şahzadəsi Bəhram Mirzənin katibi olmuşdur.[4]

  1. Newman, 2008. səh. 16
  2. Newman, 2008. səh. 22
  3. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, səh 295
  4. Mitchell, 2009. səh. 89