Buynuzcuqlu seratoniya (lat. Ceratonia siliqua)[2] - seratoniya cinsinə aid bitki növü.[3]
Buynuz ağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Buynuz ağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
İngilis dilində "carob" deyilsə də, ümumiyyətlə "St.Johns Bread" kimi tanınır. Alman dilində "johannisbrot" deyilir. Hər iki dildə də "Yaqub Peyğəmbərin çörəyi" mənasına gəlir. Yaqub peyğəmbərin səhrada çörək yerinə istifadə etdiyi bir meyvədir. Təqribən 5000 ildir ki, tanınır.
Bir neçə yüz il bundan əvvələ kimi şəkər əvəzinə və ya hazırlanan şirniyyatlarda istifadə olunurdu. Dövrümüzdə ağ şəkər istehsalının başlaması ilə bu mədəni və sağlam qida yox olmuşdur. Keçibuynuzu ağacı ilk 15 il heç meyvə verməyən bir ağacdır. Yetişmiş bir ağac 1000 kiloya qədər meyvə verə bilir.
İllər keçdi və insanlar keçibuynuzunun qidalanmadakı önəmini unutdular. Keçibuynuzunun ən vacib xüsusiyyəti nəfəs darlığına qarşı çox təsirli olmasıdır. Nəfəs darlığına qarşı çox təsirli olan bu maddə, demək olar ki, başqa heç bir bitkidə yoxdur. Bu maddə eyni zamanda bəzi allerji astma xəstəliklərində elə təsirlidir ki, dərhal nəticə almaq mümkündür. Bundan başqa allergiyanın səbəb olduğu nəfəs darlığı problemlərində müvəffəqiyyətlə tətbiq oluna bilər.
Keçibuynuzunun tərkibindəki qallium turşusu insan sağlamlığına müsbət təsir edən çoxtərəfli xüsusiyyətləri olan maddədir. Bitkinin tərkibindəki digər promotor maddələr bu maddənin xüsusiyyətlərini daha da artırmışdır.
Sağlamlığımız üçün keçibuynuzunun faydaları saya bilməyəcəyimiz qədər çoxdur. Faydalarından bir qismi aşağıdakılardır:
Ağrı kəsici, allergiyaya qarşı, astmaya qarşı, bakteriya məhv edici, bronxitə qarşı, xərçəngə qarşı, qaraciyəri toksindən təmizləyici, immunitet sistemini gücləndirici, mikroblara qarşı, antiseptik, xərçəngə qarşı qoruyucu, ishal və qəbzliyə qarşı, nitrozamin məhv edici, bronx genişlədici, uşaq iflicinə qarşı. Bundan başqa qida maddələrində E410 ilə göstərilən həcm artırıcı qida maddəsi kimi də istifadə olunur.
Keçibuynuzu və çəyirdəkləri üyüdülərək südlə və balla südlü qəhvə kimi bişirərək və ya bəkməz düzəldərək istifadə etmək olar.
Keçibuynuzu ağciyər xərçənginin 90% qarşısını almaq gücünə malikdir. Ağciyər xərçəngi daha çox siqaret çəkən insanlarda özünü büruzə verir. Bu xəstəliyi müalicə etmək üçün keçibuynuzu böyük nemətdir. Ağciyər xərçənginin daha yaxşı müalicə edilməsi üçün keçibuynuzu ilə qırmızı turp da istifadə edilərsə, keçibuynuzunun təsir gücü daha da artar.
Keçibuynuzunda xolestrol olmaması da böyük bir üstünlükdür. Tərkibində kafein və teobromin olmadığı üçün qan təzyiqi olan insanlar da rahatca istifadə edə bilər. Bitki fosfor və kalsium baxımından çox zəngindir. Bu səbəblə osteoporoz (sümük əriməsi) xəstəliyi olanlara kalsium ehtiyacının qarşılanmasında dəstəkləyicidir.