Keçmiş - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı.
"Keçmiş" | |||||||
---|---|---|---|---|---|---|---|
Qara Dərviş tərəfindən Məktub albomunda ifa olunmuş mahnı | |||||||
Yayımlanıb | 2017 | ||||||
Janr | Epik | ||||||
Dil | Azərbaycanca | ||||||
Müddət | 6:01 | ||||||
Bəstəkar | Qara Dərviş | ||||||
Sözlərin müəllifi | Qara Dərviş | ||||||
Studiya | DC Sounds | ||||||
|
Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Mən ötən illərdən qalmış,
Elə solmuş, saralmış dəli yarpağam indi.
Mən sınıq yelkənəm çayda,
Gəmisindən ayrılmış, məni rüzgarlar almış
Mən unudulmuş tarixəm,
Gələcəkdən xəbərsiz, dünənində durmayan.
Mən gələcəyəm əsərsiz,
Məni sonlar gözləsin, sabahında olmayan keçmişəm.
Mən sahil qucağında, sən isti yatağında,
Gözlədi bizi illər, barışmadı dalğalarımız.
Mən illərin yoxsulu, illər sənin ovsunun,
Görmədi bizi həsrət, dinmədi ağrılarımız.