Kebrada-de-Umauaka (isp. La Quebrada de Humahuaca) — Argentinanın şimal-qərbində yerləşən Buenos Ayresdən 1,649 kilometr (1025 mil) şimalda dar vadi. Şimal — cənub istiqamətində uzanan 155 km (96 mil) uzunluqluğundakı vadi şimal və qərbdə Altiplano, şərqdə And dağları və cənubda isti vadilər (Valles Teplados) ilə əhatə olunmuşdur.
Kebrada de Humahuaka | |
Kebrada-de-Umauaka [* 1] | |
Ölkə | Argentina |
---|---|
Tip | Mədəni |
Kriteriya | ii, iv, v |
Keçid | 1116 |
Daxil edilməsi | 2003 (27-ci sessiya) |
|
|
Kebrada adı (hərfi mənada "qırıq") dərin dərə və ya yarğan deməkdir. Umauaka adı, 11,000 əhalisi olan kiçik bir şəhərdən gəlir. Böyük çay (isp. Rio Grande) qışda quruyur, yayda isə Kebrada boyunca axır.
Bölgə iqtisadi, sosial və mədəni tranzit nöqtəsidir. Əhəmiyyətli tarixdən öncəki xarabalıqların kəşfi ilə bölgənin ilk ovçu yığan icmalardan bəri 10 min ildir ki, məskunlaşdığı qənaətinə gəlinmişdir. V əsrdə İnk İmperiyası yarımada döyüşləri zamanı Rio-de-la-Plata vitse-krallığı ilə Peru krallığı arasındakı karvan yolu idi.
Kebrada-de-Umauaka 2 iyul 2003-cü ildə YUNESKO tərəfindən Dünya İrsi elan edilmişdir.[1]