Valdes yarımadası (isp. Península Valdés) — Argentinanın Atlantik okean sahillərində yerləşən yarımadası. Sahəsi — 3625 km² təşkil edir. Yarımada materiklə Karlos-Ameqino
Valdes yarımadası | |
Península Valdés [* 1] | |
Ölkə | Argentina |
---|---|
Tip | Təbii |
Kriteriya | (x) |
Keçid | 937 |
Daxil edilməsi | 1999 (23-cü sessiya) |
|
|
bərzəği ilə birləşir. Şimalda San-Xose, cənubda isə Qolfo-Nuevo körfəzləri onun sahillərini yuyur. Yarımadanın böyük hissəsi məskunlaşılmanışdır. Bir sıra duzlu göllərə malikdir. Onlardan biri 40 metr dəniz səviyyəsindən aşağıda yerləşir. Bu Cənubi Amerikanın ən çökək yeridir.
1999-ci ildən yarımada özünün zəngin bitki örtüyünə görə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
Yarımadanın sahillərində çoxlu sayda dəniz canlıları yaşayır. Bunlara misal kimi Cənub dəniz fili (Mirounga leonina) və Qulaqlı suitini göstərmək olar. Nueva körfəzində (Golfo Nuevo) Cənub balinası (Eubalaena australis), həmçinin balinaların digər növlərinə rast gəlinir. Körfəz suları açıq okeanda sakitliyi və suyunun istiliyinə görə seçildiyindən burada Kosa kimi canlıları cəlb edir. Quruda isə Nandu, Quanako, Mara (Pataqoniya dovşanı olaraq adlandırılır) kimi canlılara rast gəlinir. 1958 və 1960 cı illərdə yarımadanın cənubunda Qolfo-Nuevo körfəzində Argentina ordusu tərəfindən nəməlum sualtı obyeklər aşkarlanmışdır. Belə bir fikir söyləmilir ki, bu ya ABŞ ya da SSRİ hərbi qüvvələrinə məxsus sualtıqayıqlardır.[1][2]