Kennet Vals

Kennet Nil Wals (ing. Kenneth Neal Waltz; 8 iyun 1924, Ann-Arbor, Miçiqan12 may 2013[1], Vaşinqton) — ABŞ politoloqu. O, həm Kaliforniya, BerkliKolumbiya Universitetlərində fakültənin üzvü, həm də bir beynəlxalq münasibətlər sahəsində ən görkəmli alimlərdəndir.[2] Vals həm İkinci Dünya müharibəsi, həm də Koreya müharibəsi veteranı olmuşdur.[3]

Kennet Vals
ing. Kenneth Neal Waltz
Doğum tarixi 8 iyun 1924(1924-06-08)
Doğum yeri
Vəfat tarixi 12 may 2013(2013-05-12)[1] (88 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Əsas maraqları beynəlxalq münasibətlər, politologiya

Vals beynəlxalq münasibətlər nəzəriyyəsində neorealizmin və ya struktural realizmin ilkin yaradıcılarından biri hesab olunur. O, sonralar müdafiə neorealizmi məktəbi ilə əlaqələndirilmişdir. Valsın nəzəriyyələri beynəlxalq münasibətlər sahəsində geniş müzakirə edilmişdir.[4] Onun 1979-cu ildə yazdığı "Beynəlxalq siyasət nəzəriyyəsi" kitabı ABŞ universitetlərində Beynəlxalq Münasibətlər üzrə magistr hazırlığında ən çox tapşırılan kitabdır.[5]

Dissertasiya mükafatı

[redaktə | mənbəni redaktə et]

Kennet Vals Dissertasiya mükafatı Amerika Siyasi Elmlər Assosiasiyası tərəfindən beynəlxalq təhlükəsizlik və silahlara nəzarətin öyrənilməsi üzrə ən yaxşı müdafiə olunmuş dissertasiyaya verilən illik mükafatdır. Ölkənin hər yerindən gələn tələbələrə sənədlərini dörd üzvdən ibarət komitəyə təqdim etməyə icazə verilir. Komitə istənilən üslubu qəbul edir, istər tarixi, istər kəmiyyət, istər nəzəri, istər siyasi təhlili və s.[6]

Vals 1990-cı ildə "Nüvə mifləri və siyasi reallıqlar"a görə "American Political Science Review"da ən yaxşı məqalə üçün 1991-ci ildə Hayns Aynlau mükafatını almışdır.[7] O, 1999-cu ildə Amerika Siyasi Elmlər Assosiasiyasından "siyasət elminə görkəmli elmi töhfələrə görə" Ceyms Medison mükafatını almışdır.[8] 2010-cu ildə Beynəlxalq Tədqiqatlar Assosiasiyası onu Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Bölməsinin Fəxri Alimi adlandırmışdır.[9]

2008-ci ildə Aberistuit Universiteti tərəfindən Valsın şərəfinə "Düşüncə kralı: Nəzəriyyə, mövzu və Vals" adlı konfrans keçirilmişdir.[10] Burada "İnsan, dövlət və müharibə" kitabının nəşrinin 50 illiyi və "Beynəlxalq Siyasət Nəzəriyyəsi" kitabının 30 illiyi qeyd edilmişdir.[9]

Vals Kopenhagen Universiteti, Oberlin Kolleci, Nankay Universiteti, Aberistuit Universiteti və Makedoniya Universitetindən fəxri doktorluq dərəcəsi almışdır.[9]

  • Man, the State, and War. Columbia University Press. New York: 1959.
  • Foreign Policy and Democratic Politics: The American and British Experience. Little, Brown and Company. New York: 1967.
  • Theory of International Politics. Waveland Press. Long Grove, IL: 1979 (reissued 2010).
  • The Use of Force: Military Power and International Politics. University Press of America. New York: 1983. (coauthored with Robert Art).
  • Reflections on Theory of International Politics. A Response to My Critics, in: Keohane, Robert: Neorealism and Its Critics. 1986.
  • The Spread of Nuclear Weapons: A Debate Renewed. W. W. Norton & Company. New York: 1995.
  • Realism and International Politics. Routledge. 2008.
  1. 1 2 Munro A. Kenneth N. Waltz // Encyclopædia Britannica (ing.).
  2. Susan Peterson and Michael J. Tierney with Daniel Maliniak (August 2005). Teaching and Research Practices, Views on the Discipline, and Policy Attitudes of International Relations Faculty at U.S. Colleges and Universities Arxiv surəti 16 fevral 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib fevral 16, 2006, at the Wayback Machine
  3. "Kenneth N. Waltz (1924–2013)". Arnold A. Saltzman Institute of War and Peace Studies. 23 December 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 November 2014.
  4. Hollander, Jason. "Prof. Kenneth N. Waltz's Political Realism Wins James Madison Lifetime Achievement Award In Political Science". Office of Communications and Public Affairs, Columbia University. March 28, 2000. April 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2023.
  5. Colgan, Jeff D. "Where Is International Relations Going? Evidence from Graduate Training". International Studies Quarterly (ingilis). 60 (3). 2016-09-01: 486–498. doi:10.1093/isq/sqv017. ISSN 0020-8833. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  6. "International Security and Arms Control". The American Political Science Association. 12 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 April 2012.
  7. "Heinz Eulau Award Recipients" (PDF). American Political Science Association. İstifadə tarixi: November 21, 2014.[ölü keçid][ölü keçid]
  8. Hollander, Jason. "Prof. Kenneth N. Waltz's Political Realism Wins James Madison Lifetime Achievement Award In Political Science". Office of Communications and Public Affairs, Columbia University. March 28, 2000. April 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2023.Hollander, Jason (March 28, 2000). "Prof. Kenneth N. Waltz's Political Realism Wins James Madison Lifetime Achievement Award In Political Science" Arxivləşdirilib 2021-04-16 at the Wayback Machine. Office of Communications and Public Affairs, Columbia University.
  9. 1 2 3 "Kenneth N. Waltz (1924–2013)". Arnold A. Saltzman Institute of War and Peace Studies. 23 December 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 November 2014."Kenneth N. Waltz (1924–2013)". Arnold A. Saltzman Institute of War and Peace Studies. Archived from the original on 23 December 2017. Retrieved 19 November 2014.
  10. Martin, Douglas. "Kenneth Waltz, Foreign-Relations Expert, Dies at 88". The New York Times. May 19, 2013. səh. A22. November 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2023.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]