Kerəşenlər və ya kryaşenlər (tatar.керәшеннәр, tatar.керәшен татарлары; rus.крещён - xaç suyuna salınan və ya xristian olan) — Volqayanı və Ural bölgələrdə yaşayan tatar xalqının subetnik qrupu.
Kerəşenlərin mənşəyi mübahisəlidir. Akademik mənbələrin çoxluqunda onlar tatar xalqının tərkibi hissəsi kimi sayılır.[5][6] Eyni zamanda onların bəziləri özlərini ayrı xalq kimi sayır.[7]
Etnoqraflar və tarixçilər kerəşenlərin formalaşmasını XVI-XIX əsrlərdə həm könüllü, həm də zor şəkildə baş verən xristianlaşma ilə əlaqəndirir.[8][9][10][11] Kerəşenlərin ilk dalğası Qazan və Həştərxan xanlıqların işğalından az sonraki zor xristianlaşmalar nəticəsində baş verib. Halbuki, onların çoxu sonra İslama geri qayıdıb və beləliklə Xristianlıq o tatarlar arasında kiçik sıçrayış eləyib.[12]
Kerəşenlərin daha davamlı mövcudluğu Rusiya İmperiyasının XVIII əsrdəki törətdiyi məscidlərin məhvi və müsəlmanların əzilməsi ilə bağlıdır. Anna İvanovna hökümranlığı zamanı çox sayda müsəlman zorla xristianlaşdırılıb.[13] Yeni çevirənlər vergilərdən azad olunub, onlara bəzi imtiyazlar və yeni dinlərini öyrənmək üçün vəsaitlər verilib. Dini dəyişən tatarların çoxluğu bunu inanclarına görə yox, maddi və ya siyasi səbəblərə görə eləyib.[12] Onların bir çoxu gizli şəkildə İslama ibadət etməyə davam edirdi.[13] XIX əsrin sonunda artıq bir neçə mini İslama geri qayıdıb.[12][13]
Xristianlaşmanın ayrı dalağaları kerəşenləri ayrı qruplara bölüb: XVI-XVII əsrlərdə xristianlaşmış qrup (köhnə xristianlaşmış taratlar - rus.старокрещённых татар)[14] və XVIII əsrdə xristianlaşmış (yeni xristianlaşmış tatarlar - rus.новокрещённые татары).[5][15] Dolayısıyla, beş qrup formalaşıb: Qazan tatar, yelabuj, molkeyevsk, çistopolsk və nağaybəklər.[5][16]
XVI-XVII əsrlərdə kerəşenlərin təhsil imkanları az idi. Amma, XVIII əsrdə onlara verilən imtiyazlar ilə birlikdə, onlar üçün bir sıra tikilişlər aparılıb. O cümlədən, ilk dini dəyişənlər üçün tatar məktəbi 1863-cü ildə, ilk seminariya isə 1872-ci ildə təsis olunub.[12]
↑Никитина, Г. А. "Кряшены Удмуртии: этнокультурный портрет". Вестник Удмуртского университета. Серия: История и филология. 3 cild. Ижевск: УдГУ. 2012. 73–81.
↑Татарская энциклопедия: В 5 т., — Казань: Институт Татарской энциклопедии АН РТ, 2006. — Т. 3., стр. 462.
↑Татары / Отв. ред. Р. К. Уразманова, С. В. Чешко. — М.: Наука, 2001. — 583 с. — (Народы и культуры)
↑ 1234Akiner, Shirin. Islamic peoples of the Soviet Union : with an appendix on the non-Muslim Turkic peoples of the Soviet Union : an historical and statistical handbook (2nd). London: KPI. 1986. 431–432. ISBN0-7103-0188-X.
↑ 123Bennigsen, Alexandre. Muslims of the Soviet empire : a guide. Wimbush, S. Enders. Bloomington: Indiana University Press. 1986. 234. ISBN0-253-33958-8.