Kergelen kələmi (lat. Pringlea antiscorbutica) — Bioloji növ olaraq kələmkimilər fəsiləsinə daxil olan yumşaq yarpağa malik olan, böyük səbət quruluşu əmələ gətirən bitki.
Kergelen kələmi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Kergelen kələmi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Bu növ Kergelen adasında ən çox yayılan ot bitkilərindəndir. Adınıda müvafiq olaraq ən çox yayılan adanın adından götürmüşdür. Üstəlik Kroze adaları, Prins-Eduard adaları, Herd adası və Makdonald adalarında da yayılmışdır.
Bu kələm növü sərt və güçlü küləklərin təsirinə dözümlüdür. Hind okeanının sunantarktik quşağda yerləşməsinə baxmayaraq şaxtalara qarşı dözümlü olur, xüsusi ilə çiçəkləmə dönəmində.
Bitki C vitamini ilə zəngindir. Bu səbəbdən əvvəllər ərazidən keçən gəmilər ondan Sinka xəstəliyinə qarşı vasitə kimi istifadə edirdilər. Latın dilində "antiscorbutica" "sinkaya qarşı" mənasını verir.
"Pringlea" adı ona Şotlandiyalı həkim-fizioloq Con Prinqlın şərəfinə verilib.
İlk ətraflı məlumatı XIX əsrin əvvəllərində ingilis Cozef Dalton Huker verir.
Kələmin yayıldığı arealda uçan həşəratlar olmadığından bitki öz-özünə tozlanır.
İnsan tərəfindən adalara gətirilən dovşanın əsas qidasını təşkil edir.