Prins-Eduard adaları (ing. Prince Edward Islands) — iki elədə böyük olmayan vulkan məşəlli arxipelaqdır. Adalar inzibati cəhətdən CAR-sı ərazisinə daxildir.
Prins-Eduard adaları | |
---|---|
ing. Prince Edward Islands | |
Ümumi məlumatlar | |
Adaların sayı | 2 |
Ümumi sahəsi | 335 km² |
Hündür nöqtəsi | 1230 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
46°45′00″ c. e. 37°53′00″ ş. u.HGYO | |
Ölkə | Cənubi Afrika Respublikası |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adaların hər ikisini 4 mart 1663 ildə holland Maerseveen gəmi kapitanı nid. Barent Barentszoon Lam (Ham) tərəfindən kəşf edilmişdir. 13 yanvar 1772 ildə fransız kapitan Mario-Dyofren adaları yenidən kəşf edir və böyük adanı fr. Île de l'Espérance (İnam adası, kiçik adaya isə fr. Île de la Caverne Mağara adası adlandırmışdır. 1776-ci ildə adalarını aşkarlayan Ceyms Kuk onları ing. Prince Edward Islands adlandırır.
Adalara ilk insan ayağı 1803 ildə dəymişdir. Adalara ilk dəfə balina oçuları yerləşmişlər.
1947—1948 illərdə Marion-Aylend adasının şərqinə stansiya yerləşdirən CAR, adaları öz ərazisi elan edir.
22 sentyabr 1979 ildə adaların yaxınlığında sputnikdən müşahidə edilən partlayış baş vermişdir. Bir çoxları İsrail və CAR ilə birlikdə nüvə bombası sınağını həyata keçirildiyi bildirilir. Digərləri isə əraziyə meteoridin düşməsini iddia edirlər[1].
Arxipelaqın ən iri adası Mario-Aylenddir (46°52′ c. e. 37°51′ ş. u.HGYO), ondan 22 km şimal-şərqdə yerləşən kiçik ada olan Prins-Eduard (46°38′ c. e. 37°56′ ş. u.HGYO) adlanır. Adaların tərkibinə qayalıqlarda daxildir.
Marion-Aylend 19×12 km ölçüyə və 290 km² sahəyə malikdir. 1230 metr hündürlüyə malik adada 2004-ci ildə püskürmə baş vermişdir (Maskarin vulkanı).
Prins-Eduard adası Marion-Aylend adasından şimal-şərqdə yerləşir. Sahəsi 48 km², ən hündür nöqtəsi isə 672 m təşkil edir.
Prins-Eduard adası Yelizabet limanından 1700 km cənub-şərqdə yerləşir.
Adalarda pinqivinlər, albatroslar, suitilər və su quşları yayılmışdır.
1949-ci ildə adaya beş pişik gətirilmişdir. Hədəf isə ev siçanlarının məhv edilməsi olmuşdur. 1970-ci illərdə onların sayı artıq 3000 keçmişdir. 1991-ci ildə onlar ya məhv edilmş və ya ovlanmışdır.
Onsan tərəfindən adaya gətirilən və təsadüfü halda bitən Kergelen kələmi adaların yerli bitkisinə çevrilmişdir.
İqlimi rütubətli və küləklidir. İl ərzində 2000 mm yağıntı düşür. Yağıntı əsasən yağış şəklində düşür. İlin 300 günü yağıntı düşür. İlin 100 günü küləyin güçü 200 km/s təşkil edir.
Havanın temperaturu qışda −5 °S, yayda isə +18 °S təşkil edir. Orta aylıq temperatur +1 °S, +10—11 °S arasında dəyişir.