Keri Mullis

Keri Banks Mullis (ing. Kary Banks Mullis; 28 dekabr 1944[3][4][…], Lenuar[d], Şimali Karolina7 avqust 2019[5][3][…], Nyuport-Biç[d], Kaliforniya[6][7]) — Amerikalı biokimyaçı, PCR metodunun yaradıcısı, 1993-cü il Kimya üzrə Nobel Mükafatı laureatı.[9]

Keri Mullis
ing. Kary Bank Mullis[2]
Doğum tarixi 28 dekabr 1944(1944-12-28)[3][4][…]
Doğum yeri
Vəfat tarixi 7 avqust 2019(2019-08-07)[5][3][…] (74 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı[8]
Uşağı 3
Elm sahələri Molekulyar biologiya[1], biokimya[1], kimya[1]
Təhsili
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
karymullis.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərcümeyi halı və elmi işi

[redaktə | mənbəni redaktə et]

Kari Mullis 28 dekabr 1944-cü ildə Şimali Karolina ştatının Lenoir şəhərində fermer ailəsində anadan olub və uşaqlığını Cənubi Karolina ştatının Kolumbiya şəhərində keçirib. Onun biologiyaya ilk marağına səbəb kənd həyatı idi. Mullis 1966-cı ildə Corciya Texnologiya İnstitutunu bitirib və 1972-ci ildə Berkli Kaliforniya Universitetində biokimya üzrə fəlsəfə doktoru dərəcəsi alıb, burada protein quruluşu və sintezini öyrənib.

Dissertasiya müdafiə etdikdən sonra Mullis müvəqqəti olaraq elmi fəaliyyətdən uzaqlaşaraq elmi fantastika janrında bədii əsərlər yazır. Lakin, o, tezliklə biokimyaya qayıtdı və 2 il Kanzas Universitetinin Tibb Fakültəsində çalışdı və sonra biotexnologiya korporasiyalarından birinə keçdi. Bu şirkətdə işləyərkən Mullis 1983-cü ildə molekulyar biologiya və tibbdə inqilab edən polimeraz zəncir reaksiyası metodunu inkişaf etdirdi. 1993-cü ildə alim bu kəşfinə görə kimya üzrə Nobel mükafatı alıb.[10]

Keri Mullis 7 avqust 2019-cu ildə 74 yaşında Nyuport-Biçdəki evində ürək və tənəffüs çatışmazlığı, ağciyər iltihabının ağırlaşmalarından vəfat etdi.[11][12][13][14] .

Şəxsi baxışlar

[redaktə | mənbəni redaktə et]

Mullis bir çox elmi problemlərlə bağlı qeyri-adi və mübahisəli fikirləri ilə seçilirdi. 1998-ci il tərcümeyi-halında o, iqlim dəyişikliyi, ozon təbəqəsi və İİV virusu ilə QİÇS arasında əlaqə haqqında elmi müşahidələrlə razılaşmadı və bu məsələlərdə mövcud konsensus mövqeyini ekoloqlar, hökumətlər və elm adamları arasında bir sui-qəsdlə əlaqələndirdi. O, astrologiyaya inandığını da qeyd etmişdi.

Toledoda keçirilən Avropa Kliniki Araşdırmalar Mərkəzinin 28-ci konfransına sədrlik edən Con Martinin fikrincə, Mullisin İİV-lə bağlı bu konfransdakı çıxışı nə ümumi üslubda idi, nə də elmi məzmun baxımından doğru idi. Aparıcı alimlərdən birinin ictimai çıxış səviyyəsinə uyğun olmadığı və üstəlik gənc alimlərin fikirlərinin formalaşmasına potensial olaraq dağıdıcı təsir göstərə biləcəyi qeyd edilmişdi.

  • 1991 — Beynəlxalq Gairdner Mükafatı
  • 1992 — Robert Koch mükafatı
  • 1992 — Con Skott medalı
  • 1993 — Kimya üzrə Nobel mükafatı
  • 1993 — Yaponiya Mükafatı

Sosial fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2016-cı ildə Mullis Qrinpis, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni modifikasiya olunmuş orqanizmlərin (GMO) istifadəsinə qarşı mübarizəni dayandırmağa çağıran məktub imzaladı.[15][16][17]

  1. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. https://www.mediatheque.lindau-nobel.org/laureates/mullis.
  3. 1 2 3 4 Mort de Kary Mullis, Prix Nobel de chimie 1993 (fr.). // Le Monde / J. Fenoglio Paris: Société éditrice du Monde, 2019. ISSN 0395-2037; 1284-1250; 2262-4694
  4. 1 2 Kary Banks Mullis // Brockhauz Ensiklopediyası (alm.).
  5. 1 2 Dreher High School grad who revolutionized DNA has died (ing.). // Charlotte Observer Charlotte: 2019. ISSN 2331-7221; 2331-723X
  6. 1 2 https://www.postandcourier.com/news/nobel-prize-winning-chemist-who-grew-up-in-sc-capital/article_f69354e6-baa3-11e9-b4d2-e7b21bfe5bfd.html.
  7. 1 2 https://www.lemonde.fr/disparitions/article/2019/08/18/mort-de-kary-mullis-prix-nobel-de-chimie-1993_5500473_3382.html.
  8. https://mynewsla.com/education/2019/08/08/nobel-winner-kary-banks-mullis-who-revolutionized-dna-research-dies-in-o-c/.
  9. Мария ИГНАТЬЕВА | Сайт «Комсомольской правды». "Умер Кэри Муллис, нобелевский лауреат по химии" (rus). KP.RU - сайт «Комсомольской правды». 2019-08-16. 2019-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-16.
  10. McClain, Dylan Loeb. "Kary B. Mullis, 74, Dies; Found a Way to Analyze DNA and Won Nobel". The New York Times. 2019-08-15. 2019-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-16.
  11. "В США умер нобелевский лауреат Кэри Муллис" (rus). РИА Новости. 20190815T2311+0300Z. 2019-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-16.
  12. "Кэри Муллис умер" (rus). Газета.Ru. 2019-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-16.
  13. "В США умер упростивший анализ ДНК нобелевский лауреат". Коммерсантъ. 2019-08-16. 2019-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-16.
  14. "NYT: умер нобелевский лауреат Кэри Муллис". ТАСС. 2019-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-16.
  15. "107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs". 2016-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-30.
  16. "Laureates Letter Supporting Precision Agriculture (GMOs)". 2016-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-30.
  17. "Список нобелевских лауреатов подписавших письмо". 2017-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]