Kern qrupu — Argentina, Avstraliya, Braziliya, Cənubi Afrika Respublikası, Çili, Filippin, İndoneziya, Kanada, Kolumbiya, Kosta-Rika, Qvatemala, Malayziya, Pakistan, Paraqvay, Peru, Tayland, Uruqvay, Vyetnam və Yeni Zelandiya[1] da daxil olmaqla kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan 19[2] dövləti birləşdirən maraq qrupu.
Kern qrupu kənd təsərrüfatı istehsalı sahəsində qlobal ticarəti liberallaşdırmaq məqsədi güdür. Qrup üzvlərinin məqsədi, xüsusilə də kənd təsərrüfatı məhsulları[3] üçün ixracat subvensiyalarını ləğv etmək və belə məhsulların ixracatı üçün bazara daxil olmaları təkmilləşdirməkdir. Koalisiya, Ümumdünya Ticarət Təşkilatında (ÜTT) çoxtərəfli ticarət danışıqlarında ortaq bir cəbhə təqdim etməyə çalışır, ortaq təklifləri müzakirə edir və bəzən inkişaf etməkdə olan ölkələrin G20 qrupu kimi həmfikir qruplarla işləyirdi.
2018-ci ilin sentyabrında, İqtisadi Məsələlər İnstitutu, "Birləşmiş Krallığın əsas kənd təsərrüfatı ixracatçısı olmasa da, Aİ təchizat zəncirlərinə bağlandığını" ifadə edərək Birləşmiş Krallığın Kern qrupuna "mümkün qədər tez" qoşulmasını təklif etmişdi.
Kern qrupu, 1986-cı ilin avqustunda, Avstraliya hökuməti bir qrupun yaradılmasına başçılıq etdiyi və Avstraliyanın Kern şəhərində ilk görüşü təşkil etdiyi zaman təsis edildi.[4] İlk olaraq qrupun 14 üzvü var idi - Argentina, Avstraliya, Braziliya, Kanada, Çili, Kolumbiya, Fici, Macarıstan, İndoneziya, Malayziya, Yeni Zelandiya, Filippin, Tayland və Uruqvay - göründüyü kimi qrup siyasi və iqtisadi cəhətdən çox müxtəlif olan dövlətlərdən təşkil olunmuşdur. Qrupun formalaşmasına Avstraliya hökuməti başçılıq edirdi. Lakin bəzi Cənub-Şərqi Asiya ölkələri Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası vasitəsilə kənd təsərrüfatı ticarəti üzərində birgə işləyirdilər. "Kern qrupunun ən diqqət çəkən cəhətlərindən biri intellektual rəhbərliyin Avstraliya tərəfindən həyata keçirilməsi və Kanadanın bu prosesdə daha az iştirak etməsi idi. Avstraliyanın ticarəti liberallaşdırma öhdəliyi, neoliberal fikirlərin proteksionizmi ləğv etdiyi və xarici və daxili siyasətin əsaslandırıcı səbəbi olduğu uzun daxili müzakirələrin nəticəsi idi. Kern qrupu əsas çoxtərəfli forumda bu gündəliyi təşviq etmək üçün bir mexanizm təklif etmişdi".[1]
Qrupun yaradılması üçün atılan addımlar Avropa İttifaqının Ümumi Kənd Təsərrüfatı Siyasəti və ABŞ-nin İxracın Gücləndirilməsi Proqramının ticarət subsidiyalarının artmasına bir cavab idi.
Kern qrupu kənd təsərrüfatının Uruqvay Raundunun gündəliyinə salınmasına nail oldu və bu da Kənd təsərrüfatı haqqında Sazişin bağlanması ilə nəticələndi. Qrup 1989-cu ilin aprelində İsveçrənin Cenevrə şəhərində ABŞ, Aİ və Yaponiya ilə Raundun qalan hissəsində müzakirə edilməmiş mövzuları əhatə edən çərçivə sazişinin bağlanmasında mühüm rol oynadı.