Kerzon ultimatumu

Kerzon ultimatumuBritaniya hökumətinin xarici işlər naziri Lord Kerzon tərəfindən tərtib edilmiş və 8 may 1923-cü ildə Moskvadakı Britaniya ticarət missiyasının rəhbəri Robert Makleod Hocson tərəfindən SSRİ hökumətinə təqdim edilmiş nota.

Kerzon SSRİ-ni Şərqdə Britaniya əleyhinə siyasət yürütməkdə günahlandırmışdı və 10 gün ərzində aşağıdakı şərtlərin yerinə yetirilməsini tələb etmişdir:[1]

  • Sovet İttifaqının bu ölkələrdəki missiyalarından İranƏfqanıstanda Britaniyaya qarşı təxribat fəaliyyətlərinin dayandırılması;
  • Sovet İttifaqında dini təqiblərə son qoyulması;
  • Barens dənizinin sovet məhəlli sularında balıq tutmaq üçün saxlanılan Britaniya balıqçı traulerlərinin buraxılması;
  • "Dyuks qrupu"nun bir sıra üzvlərinin həbsi və edamına görə pul kompensasiyası tələbi.

Münaqişə sovet diplomatı V. V. Vorovskinin Lozannada (İsveçrə) öldürülməsi ilə daha da ağırlaşmışdır.