Ketrin Hauerd (İngiliscə: Catherine Howard) (d. 1523 - ö. 13 fevral 1542) - İngiltərə kralı VIII Henrinin beşinci qadınıdır. Lord Edmond Hauerd və Coys Kalpeperin qızıdır.
Ketrin Hauerd | |
---|---|
ing. Catherine Howard | |
Şəxsi məlumatlar | |
Doğum adı | Catherine Howard |
Doğum tarixi | |
Doğum yeri | London |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Vəfat səbəbi | başın kəsilməsi |
Fəaliyyəti | consort[d], məşuqə[d] |
Atası | Lord Edmond Howard |
Anası | Joyce Culpeper |
Həyat yoldaşı | VIII Henri |
Dini | Anqlikan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ketrin Hauerd Lort Edmond Hauerd və Joyce Culpeper`in qızı və Thomas Hauerd`in qardaşı qızı idi. VIII Henrinin ikinci qadını Anna Boleyn`in yaxın qohumu idi. Əmisinin köməkliyi ilə 15 yaşında ikən saraya Klevezli Annanın nədiməsi olaraq daxil olmuş, Klevezli Annanın qısa davam edən saray həyatından sonra aralarında 38 yaş fərq olmasına baxmayaraq Kral VIII Henri ilə evləndi.
VIII Henri Klevezli Annadan boşandıqdan sonra eyni il Ketrin Hauerdlə evləndi. Ketrin həm mərhum qadını Anna Boleynin qohumu idi, həm də ona çox bənzəyirdi. İki il davam edən bu nikah kraliçanın qohumu Thomas Culpeper`lə olan gizli münasibətinin aşkara çıxmasıyla başa çatdı. Məhkəmə belə qurulmadan kral tərəfindən dərhal edam qərarı verildi. Boleyn ailəsindən gələn ikinci xəyanət kralı o qədər qəzəbləndirmişdi ki, geridə qalan bütün Boleyn ailə üzvləri cəzalandırıldı. Son olaraq;
Mən Culpeper`in qadını olaraq yox, bir kraliça olaraq ölürəm
demiş, 13 fevral 1542 tarixində London qalasında digərləri ilə birlikdə hələ 19 yaşında ikən edam edilmişdir.