VIII Henri

VIII Henri (28 iyun 1491[1], Plasentiya sarayı[d], Böyük London regionu[d][3][4][…]28 yanvar 1547[1]) — İngiltərəİrlandiyanın Tüdor sülaləsindən olan ikinci kralıdır. 6 dəfə evlənməsi və İngiltərəni Katolik Kilsəsindən ayıraraq Anqlikan Kilsəsini qurmaqla tarixə iz qoymuşdur.

VIII Henri
ing. Henry VIII
31 oktyabr 1494 – 18 fevral 1504
fevral 1503 – 21 aprel 1509
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyun 1491[1]
Doğum yeri
Vəfat tarixi 28 yanvar 1547[1] (55 yaşında)
Vəfat səbəbi qocalıq[5][6]
Dəfn yeri
  • Müqəddəs Corc kilsəsi[d]
Atası VII Henri[2]
Anası Yorklu Elizabet[2]
Həyat yoldaşları
Uşaqları

Təltifləri Bant ordeni Qızıl Yun ordeni Knight of the Order of the Golden Fleece
Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənclik illəri

[redaktə | mənbəni redaktə et]

VIII Henri İngiltərənin Tüdor sülaləsindən olan ilk kralı VII Henrixin ikinci oğlu olaraq 24 iyun 1491 tarixində Londonda dünyaya gəldi. Anası Yorklu Elizabetin və atası VII Henrinin 7 övladı olsa da, sonradan bunların üçü uşaq yaşda vəfat etmiş, geriyə Artur Tüdor, Marqarita Tüdor, VIII Henri və Mariya Tüdor qalmışdır. 1494-cü ildə atası tərəfindən York Hersoqu elan edildi.

Səltənət illəri

[redaktə | mənbəni redaktə et]

1502-ci ildə böyük qardaşı Artur Tüdor anidən vəfat etdi və gənc Henri vəliəhd elan olundu. 1509-cu ildə atası vəfat etmiş və VIII Henri taxta keçdi. Bir neçə ay sonra mərhum qardaşının vəsiyyətinə uyğun olaraq, onun arvadı Araqonlu Ketrinlə evləndi. VIII Henrinin Araqonlu Ketrinlə baş tutan nikahından 6 övladı olsa da, bunlardan yalnız biri — I Mariya sağ qaldı. Kral oğlan övladı olmaması bəhanəsilə Araqonlu Ketrindən boşanmaq və bir müddətdir sevgili olduğu Anna Boleynlə evlənmək istədi. Ancaq Ketrinin uzaqdan qohumu olan İspaniya kralı V Karl bu boşanmanı tanımadı və bu işi 6 il müddətinə uzatdı.

Nəhayət, VIII Henri İngiltərənin Katolik Kilsəsindən ayrıldığını və Anqlikan Kilsəsinin qurulduğunu elan etdi. Beləliklə, kilsə başçısı olan VIII Henri öz nikahını özü ləğv etdi və beləliklə, qızı Mariya qeyri-məşru övlad sayılaraq saraydan uzaqlaşdırıldı. 28 may 1533 tarixində Anna Boleynlə gizlicə evləndilər. 3 il davam edən bu nikahdan kralın bir qızı — I Elizabet dünyaya gəldi.

1535 tarixində Anna Boleynin hamilə olduğu xəbəri ölkəyə ildırım sürətilə yayıldı. Bu səbəblə paytaxtın hər yerində təntənəli mərasimlər və nizə yarışları keçirildi. Bu yarışların birində iştirak edən kral anidən atdan düşdü və sağ ayağında ölümünə qədər bağlanmayan və pis qoxu verən yaralar açıldı. Kralın yaralanması və ardından Annanın övladının ölməsi bütün ölkədə bu cütlüyün lənətlənmiş olması şübhəsini yaratdı.

Bir il sonra Anna Boleyn aralarında qardaşı Corc Boleynin də olduğu 5 nəfərlə birlikdə xəyanət, xalq düşməni və ensest münasibətlə ittiham olundu. Əleyhində heç bir dəlil olmamasına baxmayaraq qurulan məhkəmə bu 6 nəfərin edamına qərar verdi. Beləliklə, qardaşından iki gün sonra Anna Boleyn 19 may 1536 tarixində Tauer qalasında edam edildi.

Anna Boleynin edamından 10 gün sonra Kral Henri Jane Seymour`la evləndi və kraliça bir neçə ay sonra hamilə qaldı. 12 oktyabr 1537 tarixində ailənin vəliəhdi və gələcək İngiltərə kralı olan VI Eduard dünyaya gəldi. Doğuşdan sonra ağır xəstələnən Jane Seymour övladının xaç suyuna salınması mərasiminə belə qatıla bilmədi. Beləliklə, Jane Seymour doğuşdan 12 gün sonra — 24 oktyabr tarixində vəfat etdi.

1540 tarixində Kral Henri Klevezli Anna ilə evləndi və sadəcə 6 ay evli qaldıqdan sonra cütlük boşandı. Bu evliliyin səbəbi tam olaraq bilinməsə də, kralın Klevezli Anna`nı sevmədiyi və bəzi səbəblərə görə evləndiyi məlumdur. Eyni il daxilində VIII Henri mərhum qadını Anna Boleynin qohumu olan Ketrin Hauerdlə evləndi. İki il davam edən bu evlilik Ketrin Hauerdin xəyanət etməsi şübhəsilə bitdi. Hətta məhkəmə qurulmadan edam qərarı verilən Ketrinlə birlikdə həyatda qalan digər Boleyn ailəsi nümayəndələri də edam edildi. Bir il sonra 1541 tarixində Kral Henrinin altıncı və sonuncu nikahı Ketrin Parr`la baş tutdu və ölümünə qədər Ketrinlə evli qaldı.

28 yanvar 1547 tarixində VIII Henri həddindən artıq piylənmə səbəbilə vəfat etdi.

  • Aungier, George James, History and Antiquities of Syon Monastery, the Parish of Isleworth and the Chapel of Hounslow; Compiled from Public Records, Ancient Manuscripts, Ecclesiastical and Other Authentic Documents. London, 1840, p. 92
  • Wilson, Derek (21 June 2012). A Brief History of the English Reformation. Constable & Robinson. p. 92. ISBN 978-1-84901-825-8. Retrieved 13 July 2014.Cromwell, with his usual single-minded (and ruthless) efficiency, organised the interrogation of the accused, their trials and their executions. Cranmer was absolutely shattered by the 'revelation' of the queen's misdeeds. He wrote to the king expressing his difficulty in believing her guilt. But he fell into line and pronounced the annulment of Henry's second marriage on the grounds of Anne's pre-contract to another.