Key Okami

Key Okami (岡見 京子, Okami Keiko?, 11 sentyabr 1859[1][2][…], Aomori2 sentyabr 1941[1], Tokio[d]) yapon fiziki. O, Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub.

Key Okami
岡見 京子
Key Okami (mərkəzdə), Anandi Qopal Yoşi (solda) və Sabat İslamboli (sağda)
Key Okami (mərkəzdə), Anandi Qopal Yoşi (solda) və Sabat İslamboli (sağda)
Digər adları Nişida Keyko, Keyko Okami, Key Nişida Okami
Doğum tarixi
Doğum yeri Nişida Keyko, Aomori prefekturası, Yaponiya
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri
Vəfat səbəbi süd vəzi xərçəngi
Fəaliyyəti həkim

Key Okami 1858-ci ildə Aomori prefekturasında Nişida Keykoda anadan olub. O, 1878-ci ildə Yokohama Kyoritsi Qızlar Məktəbini bitirib və sonra Sakurai Qızlar Məktəbində ingilis dilini tədris edib. Key Okami 25 yaşında olarkən incəsənət müəllimi Okami Senkiçiro ilə evlənib. Cütlük sonra Birləşmiş Ştatlara səfər edib.[3]

Amerikada Key Okami Presbiteriyan Kilsəsininin Qadınların Xarici Missioner Cəmiyyətinin köməyi ilə Pensilvaniya Qadınlar Tibb Kollecində təhsil alıb. Dörd illik təhsildən sonra 1889-cu ildə oranı bitirib.[4][5] O beləliklə Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub.[3]

Tibb karyerası

[redaktə | mənbəni redaktə et]

Yaponiyaya qayıtdıqdan sonra Key Okami Takaki Kanehironun dəvəti ilə Jikey Xəstəxanasında (indiki Jikey Tibb Universiteti Məktəbi xəstəxanası) işlədi. Sonra, o Minatoda Akasaka Tameikedə evindən uzaqda öz şəxsi klinikasını açdı.[6]

Daha sonra o əməli işi dayandırdı və qaynı Kiyomune tərəfindən yaradılan Şoei Qızlar məktəbində (Şoei Qızlar İbtidai və Yuxarı Ali Məktəbinin sələfi) müdir müavini kimi fəaliyyətə başladı. 1897-ci ildə o dostu xanım True ilə ortaq xəstə qadınlar üçün kiçik xəstəxana açdı. O həmçinin eyni binada tibb bacılığı məktəbinin əsasını qoydu. Xəstəxana doqquz il sonra az xəstə olmağı səbəbindən bağlandı. Nəticədə, o, döş xərçəngi xəstəliyi səbəbindən təqaüdə çıxdı.[6] Dindar xristian olaraq o, Yaponiyada missoner fəaliyyət göstərdi.[7]

  1. 1 2 https://kotobank.jp/word/%E5%B2%A1%E8%A6%8B%E4%BA%AC%E5%AD%90-1062273.
  2. http://jsmh.umin.jp/journal/54-3/281.pdf. S. 282.
  3. 1 2 Hamish Ion. American Missionaries, Christian Oyatoi, and Japan, 1859-73. UBC Press. 2010. səh. 230. ISBN 978-0-7748-5899-1. 2014-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-11.
  4. JAMA: The Journal of the American Medical Association. American Medical Association. 1889. 455. 2014-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-11.
  5. "Dr. Kei Okami". Woman's Medical College of Pennsylvania: Photograph Collection. 1850-present. Drexksel Universiteti. 2014-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-26.
  6. 1 2 "Prominent People of Minato City: Keiko Okami". Minato City Administration. 2016-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2014.
  7. "Women's Foreign Missionary Society of the Presbyterian Church". Woman's Work for Woman and Our Mission Field. Women's Foreign Missionary Societies of the Presbyterian Church. IV: 136. 1889. 2014-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-11.