Keyxatu xanın Anadolu yürüşü

Keyxatu xanın Anadolu yürüşü1291-ci ildə Elxani Hökmdarı Keyxatu xanın Anadolu bəyliyi olan Qaramanoğulları bəyliyi üzərinə yürüş.

Keyxatu xanın Anadolu yürüşü
Keyxatu xan və noyonları
Keyxatu xan və noyonları
Tarix 31 avqust 1291
Səbəbi Qaramanoğulları bəyliyinin Konya şəhərini mühasirəyə alması.
Nəticəsi

Keyxatu xan qələbəsi

Dənizli, LarəndəEreğli kimi şəhərlər fəth olundu[1][2]
Münaqişə tərəfləri

Elxanilər
Rum sultanlığı
Sahibataoğulları

Qaramanoğulları

Komandan(lar)

Keyxatu xan
II Məsud

Qaramanoğlu Günəri bəy
Xəlil Bahadır

Tərəflərin qüvvəsi

20.000[3] və ya daha çox[4]

bilinmir

Yürüşdən əvvəl

[redaktə | mənbəni redaktə et]

Keyxatu xanın Anadoludan getməsindən istifadə edən Qaramanoğulları bəyliyi, Sultan Qiyasəddin Məsudun Qeysəridə olduğunu fürsət bilərək Xəlil Bahadırın rəhbərliyi altında Konyanı mühasirəyə aldılar. Səlcuqlu qoşunları Qaramanlılarla başa çıxa bilməyəcəyini anlayaraq Keyxatu xandan kömək istədi.[5]

Keyxatu 1291-ci ilin 31 avqustunda 20 minlik ordu ilə Anadoluya yürüşə başladı.[3] Yürüşün məqsədi Konyanı mühasirəyə alan Qaramanoğullarını cəzalandırmaq idi. Konyanın II Məsudun qardaşı və Sahib Ataoğulları tərəfindən gücləndirilməsinə baxmayaraq, Qaramanoğulları Keyxatunun Kayseriyə qədər gəlməsinə qədər şəhərin mühasirəsini dayandırmadılar. Keyxatu ordusunu iki yerə parçaladı və bir hissəsini Məntəşəyə göndərib, digər hissəsi ilə Qaramanoğullarının paytaxtı Ereğliyə yürüşə başladı.[6][7][8]Onun növbəti hədəfi Əşrəfoğulları bəyliyi idi. Burada o, 7 min qadın və uşağı qul edərək Konyaya göndərmişdi. Kayseriyə qayıtdıqdan sonra Səlcuqlu ordularının müşayiəti ilə IV Kılıç Arslanın Şimali Anadoluya keçmiş tərəfdarlarını cəzalandırmaq üçün Göktay və Giray noyanlarını göndərdi. Bundan istifadə edən Əşrəfoğulları və Qaramanoğulları yenidən Konyanı mühasirəyə aldılar. Lakin Kiprli II Henrinin Alanya şəhərini 15 gəmi ilə mühasirəyə almasından sonra mühasirəni sonlandırmağa məcbur oldular. Keyxatu Denizlini ələ keçirdi və şəhər 3 gün yağmalandı.[3] Məsud da həmçinin Qılınc Arslanla müharibəyə getdi. Qılınc Arslan Məsudun qardaşları olan Fərumurz və Kəyumərsdən başqa, Çobanilər tərəfindən də dəstəklənirdi. Keyxatu Məsudun yardımına 3 min döyüşmü və Göktay, Gəray və Anit adlı sərkərdələrini göndərdilər. Gəray və Yaman Candar Məsudu döyüşlər zamanı əsir düşməkdən xilas etdilər. Keyxatu tərəfindən keçmiş Çobani mülkü olan Kastamonu şəhəri Yaman Candara verildi. Bu torpaq verilməsi xidmət qarşılığında verilən iqtaya əsaslanmaqda idi.

  1. Ekici, Geyhatu ve Zamanı, 46
  2. Deniz, Moğolların Anadolu Politikası, 151.
  3. 1 2 3 Kofoğlu, 2009. səh. 49-59
  4. Elif önen, İlhanlı komutanlarının Anadolu’da Hükümdar olma çabalarının Osmanlı’nın kuruluşu’na etkisi, s.127
  5. F. Sümer, Oğuzlar, Tarihleri, Boy Teşkilatı Destanlar, Ankara 1967, s. 62
  6. Turan, Selçuklular Zamanında Türkiye, s.605
  7. Yuvalı, İlhanlı Tarihi, 249
  8. Ömer Subaşı, Gürcü-Moğol İlişkisi, 143.