Khazar Islands

Xəzər Adaları — 2015-ci ildən tikintisi dayandırılmış, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən , 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəri.[1][2][3]

Layihə haqqında

[redaktə | mənbəni redaktə et]

Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir[1][3]. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Burada eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi‎) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq).[2][4] Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır.[5] Bütün bu tikililərin 9.0 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır[1][2][3]

Layihənin 2020–2025-ci illərdə başa çatması gözlənilirdi.

Layihənin inkişafı

[redaktə | mənbəni redaktə et]

Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb[1]. Layihənin əsas hissəsinin tikintisi üçün 60 mlrd. dollar tələb olunur. Bu məbləğin yarısı xaricdən cəlb olunacaq, yarısı isə mənzil satışlarından gələn gəlirin hesabına əldə ediləcək[1]. "Avesta" şirkətinin prezidenti İbrahim İbrahimovun sözlərinə görə Amerika, Türkiyə, ərəb və Çin investorları layihəyə maraq göstərirlər[2]. 2012-ci ilin iyul ayında türk iş adamı Əli Ağaoğlunun layihəyə 125 mln. dollar yatıracağı bəlli oldu[6][7] Həmən ayda Qətərin dövlət şirkəti layihəyə 1 mlrd. dollar yatıra biləcəyi haqqında məlum oldu[8]. 2013-cü ilin yanvar ayında, AzərTAc agentliyinin verdiyi məlumata görə, layihə çərçivəsində 3 böyük şirkətlə müqavilə imzalanmışdır. Müqavilənin ilkin dəyəri 510 milyon avrodur[9]. Martın 2-si məlum oldu ki, Kanada dövlət agentliyi "Export Development Canada" tikinti layihəsinin reallaşdırılması üçün dörd milyard dollaradək məbləğdə kredit ayıracaq[10]. 2013-cü ilin oktyabr ayında adalarda inşa edilmiş idman və stadionlar kompleksinin açılışı olub[11]. Tikintisi 2015-ci ildə dayandırılmışdır[12]

İflasa uğraması

[redaktə | mənbəni redaktə et]

"Xəzər adaları", yaxud bu layihənin təxminən 1.2 milyard dollara başa gələn hissəsi yüz milyonlarla dollar kredit əvəzində Azərbaycan Beynəlxalq Bankında girov qoyulmuşdu. Bankın keçmiş rəhbərliyi iqtisadi səmərəliliyi böyük şübhə doğuran bu layihəyə yüz milyonlarla dollar dövlət vəsaitini axıtmışdı. Sonradan 2015-ci ildə "kredit oliqarxları"nın ovu başlayanda Avesta şirkətinin rəhbəri Hacı İbrahimi də həmin pullara görə "Bandotdel"ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) aparmışdılar, amma pullar çoxdan dənizə axıdılmışdı və onların geri qaytarılması qeyri-real idi. Belə vəziyyətdə bankda girov olan "Xəzər adaları" layihəsi də Beynəlxalq Bankın problemli kreditlərinə görə girov qoyulmuş digər aktivlər kimi "Azəraqrarkredit" ASC-nin balansına verildi. Daha sonra isə kompleks "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansına verilib. "Azərbaycan Sənaye Korporasiyası" layihə üçün xarici investor axtarsa da, 2021-ci il aprel ayına qədər bu layihə ilə heç bir investor maraqlanmayıb.

2019-cu ilin iyul ayında Hacı İbrahim açıqladı ki, daha onun dövlətə "bir qəpik də olsun" borcu qalmayıb. Çünki "Xəzər adaları"nı dövlətə verib.[13]

  1. 1 2 3 4 5 "Xəzərdə yeni yaradılacaq ada neçəyə başa gələcək?". Milli.az. 27 Yanvar, 2012. 2012-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-16.
  2. 1 2 3 4 "Azərbaycanda süni ada qeydiyyatdan keçib". Trend.az. 3 İyul 2012. 2014-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-17.
  3. 1 2 3 ""Khazar İslands" 100 milyard dollara başa gələcək". anspress.com. 27.01.2012. 2014-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-17.
  4. "Bakıda tikiləcək dünyanın ən hündür binasının inşası 2 milyard dollara başa gələcək". Gün.Az. 27.01.2012. 2012-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-17.
  5. "Dünyanın ən böyük məscidi Azərbaycanda tikiləcək". Milli.Az. 03.04.2013. 2013-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-03.
  6. "Türk iş adamı "Khazar Islands" layihəsinə 125 milyon dollar sərmayə qoyacaqdır". Azərtac.com. 11.07.2012, 2012.
  7. "Əli Ağaoğlu 'Xəzər Adaları' proyektinə 125 milyon dollar yatıracak". habermonitor.com. 11.07.2012.[ölü keçid]
  8. "Qətər «Khazar Islands» layihəsinə 1 mlrd. dollar sərmayə yatıra bilər". apa.az. 12 İyul 2012. 2012-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-18.
  9. ""Xəzər adaları" layihəsinin böyük əhəmiyyəti artıq dünyaya bəlli olacaqdır". azertag.gov.az. 25 yanvar 2013.[ölü keçid]
  10. "Kanada dövlət agentliyi Azərbaycanda "Khazar Islands" yaşayış kompleksinin tikintisini maliyyələşdirir". www.trend.az. 2 mart 2013. 2014-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-02.
  11. ""Khazar İslands"da dünyanın ən böyük məscidi tikiləcək". http://www.anspress.com/. 26 oktyabr 2013. 2014-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-26.
  12. http://qafqaznews.az/2015/05/haci-ibrahimin-x-z-r-adalari-nda-is-dayandirildi-onun-h-bsi-gozl-nilir/[ölü keçid] Hacı İbrahimin "Xəzər Adaları"nda iş dayandırıldı – Onun həbsi gözlənilir
  13. "Hacı İbrahimin utopik "Xəzər adaları"nın yeni mülkiyyətçisi açıqlandı". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]