Kiçik Kuril cərgəsi

Kiçik Kuril cərgəsiSakit okeanda, Kuril adalarının tərkibinə daxil olan adalar qrupu. Şimaldan cənuba 100 km məsafədə uzanır. Qrupun ümumi sahəsi 360.85 km² təşkil edir. Qrupun tərkibinə 6 böyük və bir necə kiçik adalardan ibarətdir. Şimaldan cənuba doğru sahə 1 km² olan adalar.

Kiçik Kuril cərgəsi
rus. Малая Курильская гряда
Ümumi məlumatlar
Adaların sayı 12
Ümumi sahəsi 360.85 km²
Hündür nöqtəsi 412 m
Əhalisi 2.100 nəfər (2007-ci il)
Yerləşməsi
43°37′00″ şm. e. 146°23′00″ ş. u.HGYO
Ölkələr
Akvatoriya
Kiçik Kuril cərgəsi xəritədə
Kiçik Kuril cərgəsi
Kiçik Kuril cərgəsi
Adı Sahəsi,
km²
Maksimal
hündürlük, m
En Uzunluq
Kiçik Kuril cərgəsi
Şikotan 264,13 412 43°48' 146°45'
Polonski 11,57 16 43°38' 146°19'
Zelyonı 58,72 24 43°30' 146°08'
Tanfilev 12,92 15 43°26' 145°55'
Yuri 10,32 44 43°25' 146°04'
Anuçin 2,35 33 43°22' 146°00'
Oskolki 1,5 38 43°35' 146°25'

Kiçik Kuril cərgəsinə daxil olan adalar Böyük Kuril cərgəsinə daxil olan adalardan Cənubi Kuril boğazı ilə ayrılır.

İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti, Yujno-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalara Yaponiya iddia edir. Yaponiya adaları Hokkaydo prefekturası Nemuro subprefekturası ərazisinə hesab edir[1][2][3].

Qrupa daxil olan adaların səthi hamar və təpəlidir. Meşəliklər demək olar ki, yoxdur[4]. Maksimal hündürlük Şikotan adasında 412 metrdir. Yaxınlığında yerləşən Kunaşir adasına nisbətdə iqlimi nisbətən yumşaqdır[4]. Bəzi gəmiricilərin bala vermə dövrü noyabr ayına qədər davam edir.

Kiçik Kuril cərgəsinə daxil adaların ərazisində «Kiçik Kuril» yasaqlığı və «Kuril» Dövlət Təbiət qoruğj yerləşir (bir hissəsi).

2012-ci ildə Saxalin vilayətində Saxalin və Kuril adalsrında adsız coğrafi obyektlərin adlandırılması kompaniyasına start verilmişdir[5]. Rus Coğrafiya Cəmiyyətinin dəniz ekspedisiyası cərçivəsində 5—7 sentyabr 2012-ci il tarixində üç adsız adaya eniş təşkil edilir. Bu adalar Şikotan adası yaxınlığında qərarlaşan və Rus Coğrafiya Cəmiyyətinin Saxalin vilayətinin yerli şövbəsində keçirilən 3 sentyabr 2012-ci il toplantısında adı təstiqlənmiş adalar olmuşdur[5][6]. Qneçko adası 1945-ci ildə Kuril adalarına təşkil edilən desant əməliyyatının komandanı general-mayor Aleksey Qneçkonun, Kapitsa adası isə görkəmli rus alimi və tele-aparıcısı Sergey Kapitsanın şərəfinə adlandılmışdır[7]. Farxutdinov adası öz adını Saxalin vilayətinin həlak olmuş qubernatoru İqor Farxutdinovun şərəfinə adlandırılıb[5][8]. Adaların orta hündürlüyü dənuz səviyyəsindən 30 metr yuxarıda yerləşir. Kapitsa və Qneçko adalarında xüsusi kapsul və Rusiya bayrağı yerləşdirilmişdir[9].

  1. Карта округа Нэмуро[ölü keçid]  (yap.)
  2. Administrative map of Japan (As of April 1, 2009) Arxivləşdirilib fevral 12, 2013, at the Wayback Machine  (ing.)
  3. "Управление по вопросам Северных территорий общего департамента губернаторства Хоккайдо". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-29.
  4. 1 2 Cənubi Kuril adalarının kiçik məməliləri Arxivləşdirilib 2017-03-10 at the Wayback Machine // DisCollection.ru
  5. 1 2 3 Храмушин В. Н. "Морские экспедиции по Программе областного правительства «Имянаречение новообразованных и безымянных морских географических объектов на Сахалине и Курильских островах»" (PDF) (rus). // Сахалинское отделение Русского географического общества. 2012-12-31. 2016-11-04 tarixində arxivləşdirilib (PDF).
  6. Три курильских острова рядом с Шикотаном получили имена Arxivləşdirilib 2016-04-20 at the Wayback Machine // Российские острова
  7. "В Курильской гряде появились острова Капицы и Гнечко" (rus). // [Новые Известия]. 2012-09-10. 2012-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10.
  8. Безымянные острова обрели названия Arxivləşdirilib 2012-09-11 at the Wayback Machine // Вести.ру
  9. "Курильский остров назвали в честь Сергея Капицы" (rus). Lenta.ru. 2012-09-10. 2012-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10.