Kiçik Pirəkəşkül (yaxud Kiçik Pir-Kəşkül; sonrakı adları Nasoslu (rus. Насосный), Hacı Zeynalabdin) — Azərbaycanda Abşeron yarımadasında hal-hazırkı Sumqayıt inzibati ərazi vahidliyinin Hacı Zeynalabdin qəsəbəsi ərazisində mövcud olmuş kiçik kənd.[1]
Kiçik Pirəkəşkül kəndi Sumqayıt inzibati ərazi vahidliyinin Hacı Zeynalabdin qəsəbəsi ərazisində «Təkə qumu» deyilən yerdə maldarlıqla məşğul olan kiçik yaşayış məntəqəsi kimi mövcud olub. 1907-ci ildə Zaqafqaziya dəmir yolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir.[1] Şollar su kəmərinin çəkilişi ilə bağlı olaraq kənd ərazisində sonralar Nasoslu (rus. Насосный) adlanacaq qəsəbə inkişaf etmişdir.
Kəndi Abşeron yarımadasında Sumqayıtçaya yaxın ərazidə yerləşən Pirəkəşkül kəndindən gələn əhalinin qurduğu hesab olunur. Kiçik Pirəkəşkül kəndi öz adını həmin kəndin adından götürüb. Toponimin tərkibindəki ikinci komponent hind qozundan düzəldilmiş və dərvişlərin gəzdirdiyi nəzir qabının adından - "kəşkül" sözündəndir. Keçmişdə pirlərin üstündən kəşkül asarmışlar. Pirəkəşkül sözü də mənbəyini burdan alıb.[2]
Kənd Xəzər dənizinə yaxın Böyük Qafqaz dağlarının şərq yamacları ilə əhatə olunan iqlimi quru subtropik olan düzənlik ərazidə yerləşib.
Sumqayıt şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |