Kiçik mağara ayısı

Kiçik mağara ayısı (lat. Ursus rossicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Avrasiya ərazisində, Pleystosen epoxasında yayılmışdır. Bu canlıların təqribi olaraq 10 000 il əvvəl nəsli kəsilmişdir.

Kiçik mağara ayısı
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Ursus rossicus

Xarici görünüş

[redaktə | mənbəni redaktə et]

Onlar Mağara ayısından ölçülərinə börə seçilirdilər.

Mağara ayısından fərqli olaraq onlar təkcə dağlara deyil həm də düzənliklərdə yaşayırdılar. Bu səsəbdən mağara ilə bağlı deyildirlər.

Onlara aid qalıqlar Ukraynanın cənubundan Şimali Qafqaza, AltayQərbi Sibir ərazilərində aşkar edilir.

Kiçik mağara ayısı və insan

[redaktə | mənbəni redaktə et]

Avrasiyanın dağlıq hissələrində bu canlılar o zamanki insanların əsas ov obyektlərindən biri olmuşdur.