Ursus

Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi.

Ayı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır.

Bədən quruluşu

[redaktə | mənbəni redaktə et]

Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər.

Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.

Əsas xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Erkək ayılar dişi ayılardan daha iri olurlar. Qoxubilmə bacarıqları çox inkişaf etmişdir. Sürətli qaçma, dırmanma və üzmə bacarıqları var.

Ağ ayının kütləsi 1000 kq-a çatır.

Ağdöş ayının uzunluğu 1.3–2 m, qara ayının 1.5–1.8 m, qonur ayının müxtəlif yarımnövlərinin uzunluğu 1.2–3 m, ağ ayının uzunluğu isə 1.6–3 m-dir.

Hər bir ayı növünün yaşadığı ərazi quruluşu fərqlidir, amma ümumi olaraq deyə bilərik ki, ayılar ağac oyuqlarında, qayaların arasında, mağaralarda yaşayırlar.

Qış gələnədək bol miqdarda qidalanır və kökəlirlər. Qış boyu yuvalarında nizamsız şəkildə yatırlar.

Qidalanma növlərə görə dəyişir. Məsələn, qütb ayısı ətyeyən, panda isə otyeyəndir. Bal, balıq, meyvə ailələrin xoşladıqları qidalardır.

  • Arcticonus Pocock, 1917
  • Danis J. E. Gray, 1825
  • Euarctos Gray, 1864
  • Mamursus Herrera, 1899
  • Melanarctos Heude, 1898
  • Mylarctos Lönnberg, 1923
  • Myrmarctos J. E. Gray, 1864
  • Selenarctos Heude, 1901
  • Thalassarctos J. E. Gray, 1825
  • Thalassarctus Gloger, 1841
  • Thalassiarchus Kobelt, 1896
  • Ursarctos Heude, 1898
  • Ursulus Kretzoi, 1954
  • Vetularctos Merriam, 1918

Növləri və yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Integrated Taxonomic Information System (ing.). 2006.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0