Kiçik qaraqaytaran (lat. Thalictrum minus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qaraqaytaran cinsinə aid bitki növü.
Kiçik qaraqaytaran | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Kiçik qaraqaytaran |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yarpaqları saplaqlıdır, görünüşünə görə enli-üçbucaqlı, üçqat-dördqat-lələkvaridir, böyük qismi dəyirmi yumurtaşəkilli və ya əksinəyumurtaşəkilli, qaidə hissəsi pazşəkilli və ya dəyirmiləşmiş yarpaqcıqlı, təpə hissədə 2–3 ədəd dişli bölümləri olan üçbölümlü və ya üçdişlidir, alt tərəfdən nəzərə çarpan damar şəbəkəsi vardır. May ayında çiçəkləyir. Çiçək qrupu qollu-budaqlı, çoxçiçəkli, piramidaşəkilli süpürgədir. Çiçəkləri adətən aşağı əyiləndir. Çiçəkyanlığı yarpaqcıqları yaşılımtıl-qonur və ya qırmızımtıl rəngdədir. May-iyul aylarında meyvə verir. Meyvələri 4 mm uzunluqdadır, yumurtaşəkilli-elliptikdir, qabırğalıdır.
Azərbaycanın bütün rayonlarında. Ovalıqdan yuxarı dağ qurşağına qədər.
Kolluqlarda, meşə kənarında, kəsilmiş meşələrdə, otlu yamaclarda, çay vadilərində rast gəlinir.
Zəhərli bitkidir. Boyaq məqsədilə istifadə oluna bilər. Xalq təbabətində dərman məqsədilə istifadə olunur.