Kiborq (film, 1989)

Kiborq (ing. Cyborg) — 1989-cu ildə Albert Pyun tərəfindən çəkilən ABŞ filmidir.

Kiborq
ing. Cyborg
Janr Elmi fantastika
Rejissor Albert Pyun
Prodüserlər Yoram Qlobus
Menahem Qolan
Ssenari müəllifi Kitti Çalmers
Baş rolda Jan-Klod Van Damm
İstehsalçılar Cannon Group
Golan-Globus
Metro-Goldwyn-Mayer
Distribütor Metro-Goldwyn-Mayer, Netflix
İlk baxış tarixi 7 aprel 1989
Filmin növü Döyüş filmi
Müddət 82 dəqiqə
Büdcə $500 000
Gəlir $10 166 459
Ölkə ABŞ ABŞ
Dil İngilis dili
İl 1989
Rəng Rəngli
Çəkiliş yeri Şimali Karolina
IMDb ID0097138

XXI əsr. Qiyamət sonrası post-apokaliptik bir dünyada insanlar aclığın yanında epidemiya bir xəstəliyin də pəncəsində həyat mübarizəsi aparmaqdadır. Qurtuluşun çarəsi Pörl Profet adlı bir robotun beyin hüceyrələrində gizlənibdir. Həmin robot Nyu-Yorka getməli və lazımı məlumatları yükləyərək geri qayıtmalı idi. Amma yolda geri dönən zaman Fender adlı kiborqun hücumuna məruz qalır. Bu zaman Pörl zalım Fenderin idarə etdiyi bir qrup caninin əlində məhbusa çevrilir. Ailəsi Fenderin şəxsləri tərəfindən can verdiyi üçün ürəyi intiqam atəşiylə dolu olan qorxmaz bir macəraçı Gibson Rikenbaker, Pörl Profeti xilas etmək üçün müxtəlif macəralara qatlaşmaq məcburiyyətində qalır. Gibson onların izləri ilə gedən zaman Neydi Simmons adında qız kiborqu görür. Neydi ondan Atlantaya getməsinə kömək istəyir. Gibson onunla birlikdə macəralarına davam edir.

Gibson müxtəlif macəralardan sonra Fenderin əsgərlərinin tələsinə düşür. Neydi onlardan qaçmağı bacarır. Fender ilə Gibsonun mübarizəsi başlayır. Lakin Fender kiborq olduğuna görə çox güclüdür və yorulmuş Gibsona qalib gəlir. Kiborqlar onu xaça bağlatdıb, buranı tərk edirlər. Gibson yuxusunda ailəsinin Fenderin əlində necə öldüyünü görür və özünün həmin müddətdə acizliyini düşünməyə başlayır. Bu zaman Gibson taxtaya vurmağa başlayır və uzun müddətdən sonra taxta sınır. Gibson yerə düşən zaman Neydini görür. Bu hadisədən sonra Gibson yenidən onların izinə düşür və gecə vaxtı yenidən Fender ilə mübarizə aparmağa başlayır. Fender Neydini öldürür və bu zaman Gibsonun kini daha da artırır. Mübarizənin sonunda Gibson qalib gəlir və Pörl xilas olur. Gibson Pörl Profeti evinə aparır və buranı tərk edir. Sonda Pörl deyir: "Mən fikirləşirəm ki, o, bizim dünyamız üçün ən yaxşı dərmandır."

Ad Rol
Jan-Klod Van Damm Gibson Rikenbaker
Deyl Heddon Pörl Profeti
Debora Rixter Neydi Simmons
Vinsent Klin Fender Tremolo
Ralf Möller Brik Bardo
Cekson "Rok" Pinki Titus

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Filmin bir səhnəsində gözünə gələn plastik bıçaq nəticəsində kor olan oyunçu 1993-cü ildə "Cekson "Rok" Pinki"yə 485 000 dollar təzminat ödəmək məcburiyyətində qalan Van Damm mövzu haqqında çox kədərli olduğunu hər fürsətdə dilə gətirir.
  • Van Damm filmə görə $50 min qazanmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]