Jan-Klod Van Damm (ing. Jean-Claude van Damme; 18 oktyabr 1960[1][2], Berkem-Sent-Aqat[d]) — Belçika (flamand) mənşəli ABŞ aktyoru, ssenaristi, prodüseri, montajçısı, bodibilderi, döyüş sənəti ustası və yazıçısı. Döyüş sənəti aksiyon filmləri ilə məşhurdur.
Jan-Klod Van Damm | |
---|---|
nid. Jean-Claude Camille François Van Varenberg | |
Doğum adı | Jean-Claude Camille François Van Varenberg |
Digər adı | Brüsseldən əzələlər |
Doğum tarixi | 18 oktyabr 1960[1][2] (63 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Atası | Oygen Van Varenberq |
Anası | Eliana Van Varenberq |
Fəaliyyəti | aktyor, ssenari müəllifi, rejissor, prodüser |
Fəaliyyət illəri | 1983-cü ildən |
Boyu | 176 sm |
Çəkisi | 78 kq |
Mükafatları | |
IMDb | ID0000241 |
jcvdworld.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Jan Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanən paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur.[3] Onun atası mühasib olmaqla bərabər, həm də gül dükanının sahibi idi.[4] 10 yaşından başlayaraq karateyə gedir.[5] Stilləri Shōtōkan Karate və Kikboksinqdən ibarət idi. 18 yaşında Avropa çempionu olaraq qara kəmər qazanır.[6] 16 yaşından başlayaraq əlavə olaraq, beş il baletə məşğul olmağa başladı. Van Damm 1978-1979-cu illərdə Peşəkar Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur.[7]
Jan-Klod Van Damma 1981-ci ildə Los Ancelesə köçür. İdman formasını qorumaq üçün bir idman salonunda ödənişsiz olaraq təmizlik işlərinə nəzarət edirdi. Həmin müddətdə taksi sürücüsü, gecə klublarında cangüdənlik, pizza satışı kimi işlərdə çalışırdı. 1983-cü ildə Fransız istehsalı olan "Barbar küçəsi" adlı filmdə polis rolunu canlandırdı. 1984-cü ildə "Breyk-dans: Film" adlı filmində rol aldı. Eyni il "Əbədi Monako" adlı parodiya filmində 5 dəqiqəlik qısa roluyla homoseksual karateçi rolunu canlandırdı. 1986-cı ildə "Nə geri çəkil, nə də təslim ol" filmində rol aldı. Bu filmdə onun rolu qısa idi və mənfi obraz kimi canlandırılmışdır. Lakin bu filmi bir çox rejissorların diqqətini cəlb edə bilir. 1988-ci ildə az büdcəli film olan "Qara Qartal" filmində rol alır.
Menahem Qolan adlı prodüserin sayəsində Van Damm 1988-ci ildə "Qanlı idman" filminə dəvət olunur. Bu filmdən sonra Van Damm tanınmağa başlanır. "Kikboksçu", "Kiborq", "Ölümcül order", "Şir ürəkli", "İkiqat zərbə", "Universal əsgər" kimi döyüş filmlərində karyerasının qızıl çağını davam etdirirdi. 1990-cı illərin sonlarına yaxın çəkildiyi filmlər ona populyarlıq qazandıra bilməmişdi. Çünki bu müddətdə narkotikdən asılı olmuş və uzun müddət bu xəstəliyi mübarizə edirdi. Van Damm 1996-1997-ci illər ərzində tam müalicə olunmuş, bir sıra filmlərə çəkilərək əvvəlki populyarlığını geri qaytarmağa çalışmışdı.
Jan Klod Van Dammın ilk həyat yoldaşı olan venesuelalı Mariya Rodriges olub. Onlar 1981-ci ildə boşanmışlar. 1985-ci ildə Sintiya Derdian ilə ailə həyatı qurmuş, lakin bir müddət keçdikdən sonra 1986-cı ildə onlar boşanmışlar. Həmin ildə model olan Qledis Portiqeslə evlənmişdir. Van Dammın bu nigahdan Kristofer və Bianka adlı övladı olur. Lakin onlar 1992-ci ildə boşanırlar. Van Damm 1994-cü ildə model olan Derci La Piyer ilə evlənir. Onların Nikolas adlı övladı olur. 1996-cı ildə onlar boşanırlar və bu müddətdən başlayaraq Van Damm narkotikdən asılı vəziyyətə düşür. 1996-1997-cı illər ərzində müalicə olunduqdan sonra narkotikdən imtina etmişdir. 1999-cu ildə isə Van Damm və Qledis Portiqes yenidən ailə həyatı qurmuşlar.
"MTV Movie Awards" kinomükafatının "The most desirable man" (azərb. Ən arzu olunan kişi) kateqoriyasına görə 3 dəfə (1992, 1993 və 1994) nominasiyaya layiq görülmüşdür. 2010-cu ildə "The Grand World Prize" (azərb. Böyük Dünya Mükafatı) mükafatı və "Golden Talents Of The Planet" (azərb. Planetin Qızıl İstedadları) mükafatının qızıl ordeninə layiq görülmüşdür.
İl | Film | Orijinal adı | Rol | Qeydlər |
---|---|---|---|---|
1984 | Barbar küçəsi | Rue Barbare | ||
1984 | Breyk-dans: Film | Breakin' | ||
1984 | Əbədi Monako | Monaco Forever | ||
1984 | İtkin düşmüşlər | Missing in Action | ||
1986 | Nə geri çəkil, nə də təslim ol | No Retreat , No Surrender | İvan | İlk seçilən rolu |
1988 | Qara qartal | Black Eagle | ||
1988 | Qanlı idman | Bloodsport | Frenk Dyuks | |
1989 | Kikboksçu | Kickboxer | Kurt Sloan | |
1989 | Kiborq | Cyborg | ||
1990 | Ölümcül order | Death Warrant | ||
1990 | Şir ürəkli | Lionheart | Lion | Filmin digər adı: A.W.O.L. – absent without leave (Böyük Britaniya versiyası) |
1991 | İkili zərbə | Double İmpact | ||
1992 | Universal əsgər | Universal Soldier | Lyuk | |
1993 | Çətin hədəf | Hard Target | ||
1993 | Qaçmağa yer yoxdur | Nowhere To Run | ||
1994 | Zaman polisi | Time Cop | ||
1994 | Küçə döyüşçüsü | Street Fighter | Gil | |
1995 | Qəfil ölüm | Sudden Death | ||
1996 | Maksimal risk | Maximum Risk | ||
1996 | Macəra axtarışında | The Quest | ||
1997 | İkiqat komanda | Doeble Team | ||
1998 | Legioner | Legionnaire | ||
1999 | Axırıncı vuruşma | Last to fight | ||
1999 | İnferno | Inferno | ||
1999 | Universal əsgər 2: Qayıdış | Universal Soldier 2: The Retume | Lyuk | |
2001 | Sifariş | The Order | Rudi Cafmeyer | |
2001 | Replikant | Replicant | ||
2002 | Aşağı buraxılan | Derailed | ||
2003 | Cəhənnəmdə | In Hell | ||
2004 | Ölümün izi | Wake Of Death | ||
2004 | Narko | Narco | ||
2006 | Möhkəm müdafiə | Hard Corps | ||
2006 | Komandirin müavini | Second in Command | ||
2006 | İmtahan | The Examen | ||
2007 | Ölümə kimi | Until Death | ||
2008 | JVCD | JVCD | ||
2009 | Universal əsgər 3 : Regenerasiya | Universal Soldier 3 : Regeneration | Lyuk | |
2011 | Kunq-fu Panda 2 | Kung Fu Panda 2 | ||
2011 | Qatillərin oyunu | Assassination Games | ||
2011 | Əjdaha gözləri | Dragon Eyes | ||
2011 | Şərəfli şəhərcik | Dragon Eyes | ||
2012 | Rjevskiy Napoleona qarşı | Beur sur la ville | ||
2012 | Qabağıalınmazlar 2 | The Expendables 2 | ||
2012 | Universal əsgər: İntiqam günü | Universal Soldier: Day of Reckoning | Lyuk |