Killing Me Softly With His Song — bəstəkarı Çarlz Foks, söz müəllifi isə Norman Gimbel olan mahnısı.
"Killing Me Softly With His Song" | |
---|---|
tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 1972 |
Janr | xalq musiqisi[d] |
Dil | ingilis dili |
1971-ci ildə ilk çıxan yazdırmasında mahnını ifa edən Lori Liberman iddia edir ki, orijinal şeiri Don Maklinin Empty Chairs mahnısının təsirində özü yazıb.[1][2][3] Onun sözlərinə görə, sonra o, bu məlumatı Gimbela verib. O isə, duyğularını alıb, onlardan mahnı sözlərini yazmış. Bundan sonra isə Gimbel bu sözləri onların üçün musiqi yazan Foksa verib.[4]
Norman Gimbelın sözlərinə görə, o, bəstəkar Lalo Şifrin ilə tanış olduqdan sonra, onnan birlikdə Şifrinin müxtəlif filmləri üçün mahnıları yazmağa başlayıb.[5] Gimbel ilə Şifrin birlikdə Brodvey üçün bir müzikl yazmağa istəyirdilər. Gimbeldə ideya yaratmaq üçün, Şifrin ona Xulio Kortasarın Xana-xana oyunu (isp. Rayuela) romanı oxumağa verib. Kitab heç vaxt müzikla çevirilməmişdi, lakin ikinci fəsilində rəvayətçi özünü bir barda oturub, Amerikan dostu olan pianoçunun kill us softly with some blues mahnısını qulaq asaraq təsvir edir.[5][6] Gimbel bu ifadəni öz fikir kitabına yazdırıb və orada blues sözünü girdə mötərizəyə qoyub, əvəzinə song sözünü yazmış.[7]
Roberta Flek ilk dəfə mahnını təyyarədə eşidib. Orada Liberman versiyası uçuşun audio proqramında var idi. Flek xatırlayır ki, mahnı adını görən kimi, sitat:
I immediately pulled out some scratch paper, made musical staves [then] play[ed] the song at least eight to ten times jotting down the melody that I heard. When I landed, I immediately called Quincy [Jones] at his house and asked him how to meet Charles Fox. Two days later I had the music.
Bundan az sonra, Flek Yamaykanın paytaxtı olan, Kinqston şəhərində yerləşən Tuff Gong studiyasında öz qrupu ilə mahnını məşq edib, lakin hələ onu yazdırmadı.[8]
1972-ci ilin sentyabrında, Flek Marvin Gey konsertinin açılışda iştrak edirdi. Gey ona əlavə bir mahnı oxumağa məsləhət verib. Flekın sözlərinə görə, o ona işlədiyi Killing Me Softly… mahnıdan deyib, Gey isə deyib, Elə bunu, yavru (ing. Do it, baby) cavab verib. Beləliklə, Flek bu mahnını tamaşaçıların qabağında Kaliforniya ştatının Los Ancelis şəhərində yerləşən Qriffit Parkının Yunan Teatrında ifa edib. Sonra, Gey onla yaxınlaşıb, dedi ki, Yavru, bu mahnını yazmaqdan öncə, onu daha canlı ifa etmə (ing. Baby, don't ever do that song again live until you record it).[9]
1973-cü ilin yancarında üzə çıxan Flekın versiyası fevral ilə mart aylarında, ümumilikdə 5 qeyri-müntəzəm həftə Billboard Hot 100 hit paradında birinci yeri saxlayırdı. Bu həmin ildə çıxan maxnıların arasında ən uzun göstəricidir. Birinci yerdə 4 müntəzəm həftədən sonra, The O'Jays qrupunun Love Train mahnısı onu ikinci yerə köçürüb. Beləliklə, Billboard onu 1973-cü ilin mahnıların arasında 3-cü yerdə yerləşdirib.[10]
Çarz Foksun sözlərinə görə Flek versiyası daha uğurlu olmuş, çünki Libermanın versiyasından yanaşı o, "daha cəld olmuş və o [Roberta Flek] ona [mahnıya] orijinalda olmayan günclü fon ritmi verib".[11]
Fugees hip hop qrupu bu nahnını qısacan Killing Me Softly adı altında The Score albomu üçün yazdırdılar. Lorin Hill onu baş vokalçı kimi oxuyurdu. Bu versiya ABŞ-də Hot 100 Airplay hit paradda ikinci yerə çata bilib. O, Böyük Britaniyanın hit paradlarında yüksək yerləri alıb, ölkənin 1996-cı ilin ən satılan sinqlı olmuş. Britaniyada onun 1,36 milliondan çox nüsxəsi satılıb.[12] Qrupun yazması 1997-ci ilin vokal ilə duet və ya qrupun ən yaxşı R&B nümayişi üçün Qremmi mükafatını, klipi isə ən yaxşı R&B videosu üçün MTV Musiqi Videosu mükafatı alıb.[13]
Əvvəl Fugees mahnı sözlərini dəyişib, onu anti-narkotik və anti-yoxsuzluq mahnısına çevirmək istəyirdilər. Lakin, Norman Gimbel ilə Çarlz Foks buna qarşı çıxdılar.[14]
Musiqi videosunun rejissoru Asuad Ayind idi.[15] Orda Roberta Flek də bir rol oynamış.[16][17]
Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |