Kuinsi Dilayt Cons (ing. Quincy Delight Jones, Jr.; 14 mart 1933[1][2][…], Çikaqo, İllinoys[5] – 3 noyabr 2024[3][4], Bel-Eyr, Kaliforniya[6][7]) — amerikalı musiqiçi, aranjmançı, musiqi prodüseri və truba ifaçısı.[11] 28 dəfə Qremmi mükafatı laureatı[12] və 80 dəfə nominantı,[12] o cümlədən 1991-ci ildə "Grammy Legend Award" mükafatçısı, tarixdə ən çox satılan musiqi albomunun prodüseri.
Kuinsi Cons | |
---|---|
ing. Quincy Delight Jones, Jr. | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 14 mart 1933[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 noyabr 2024[3][4] (91 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi[8] |
Dəfn yeri | |
Uşaqları | 7 (Rəşidə Cons, Kenya Kinski-Jones daxil olmaqla) |
Partnyoru |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, bəstəkar, qrup rəhbəri[d], musiqi prodüseri, mahnı yazarı[d], musiqi şirkəti idarəçisi[d], film prodüseri, televiziya prodüseri[d], aranjimançı[d], humanist, cazmen, müğənni, truba ifaçısı[d], pianoçu |
Fəaliyyət illəri | 1951–2024 |
Janrlar | caz[10], soul, fank[d], ritm-n-blyuz, Swing, Bossa-nova |
Musiqi aləti | truba |
Albom şirkətləri | Columbia Records, Warner Records, Interscope Records, Epic Records, Mercury Records[d] |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
quincyjones.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Kuinsi Consla əməkdaşlıq edən məşhur müğənnilər arasında Rey Çarlz, Maykl Cekson, Frenk Sinatra, Din Martin, 2Pac, Marvin Gey, Stivi Uander, Vill Smit və bir çox başqaları var.
1964-cü ildə Kuinsi Cons ilk dəfə Sidni Lümetin "Sələmçi" (ing. Pawnbroker) filminə musiqi bəstələdi. Filmin uğurundan sonra Cons "Mercury Records"dan ayrıldı və Los-Ancelesə köçdü. Burada o, bir çox filmlərə musiqi bəstələdi, o cümlədən, "Nazik sap" (ing. The Slender Thread) (1965), "Soyuqqanlılıq" (ing. In Cold Blood) (1967), "İsti cənub gecəsində" (1967), "Makkennanın qızılı" (1969), "İtalyansayağı oğurluq" (1969), "Bob və Kerol, Ted və Elis" (Bob & Carol & Ted & Alice) (1969), "Sonuncu insan" (ing. The Lost Man) (1969), "Kaktus çiçəyi" (1969), "Qaçış" (1972) və s.
Bu dövrdə Kuinsi Consun yaratdığı ən məşhur musiqi əsəri onun "Big Band Bossa Nova" albomuna daxil olan "Soul Bossa Nova" mahnısı idi.
Bu dövr, həmçinin, 21 studiya albomunun, o cümlədən "Walking in Space", "Gula Matari", "Smackwater Jack" və "Body Heat" kimi uğurlu albomların buraxılması ilə də yadda qalmışdır.
2024-cü ilin 3 noyabr tarixində Los-Ancelesdəki evində vəfat edib.[13]