Kim Men-Ce (15 noyabr 1996[1], Thonyon[d], Kyonsan-Namdo[d]) — Cənubi Koreyalı futbolçu, "Napoli" klubunun və Koreya Respublikası millisinin mərkəz müdafiəçisi.
Kim Min Ce | |
---|---|
kor. 김민재 | |
Ümumi məlumatlar | |
Ləqəbi | The Monster[4] |
Doğum tarixi | 15 noyabr 1996[1] (28 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Boyu | 190 sm |
Çəkisi | 86 kq |
Mövqeyi | mərkəz müdafiəçisi[d] |
Klub haqqında məlumat | |
Klub | |
Vikianbarda əlaqəli mediafayllar |
Kim karyerasına 2016-cı ildə Koreyanın "Kyoncu" klubunda başlayıb.[5] O, altı ay klubda oynadıqdan sonra, Koreya Respublikasının əsas liqasında yarışan "Jeonbuk Hyundai Motors" klubuna keçib.[6]
2019-cu ilin yanvar ayında Çinin "Beijing Guoan" klubuna keçib.[7] Çin klubu müdafiəçi üçün 3,5 milyon funt sterlinq ödəyib.
Çin klubunda 2 il qaldıqdan sonra Kim Avropa klubuna keçmək qərarına gəlib. 2021-ci ilin yayında o, Türkiyənin o dövrün ən yaxşı klublarından biri olan "Fənərbaxça" ilə müqavilə imzaladı. 16 avqust 2021-ci ildə baş tutan transfer üçun "Fənərbaxça" 3 milyon avro ödəyir.[8] İlk mövsümdə Türkiyə Superliqasında 30 matça çıxıb, 1 qol vuraraq klubun əsas mərkəz müdafiəçisi olub.
2022-ci ilin iyulunda o, 18 milyon avroya, klubdan ayrılan Kalid Kulibalini əvəz etmək üçün "Napoli"yə keçdi.[9][10] 15 avqust 2022-ci ildə "Hellas Verona"ya qarşı oyunda "Napoli"də debüt etdi.[11] İtaliya çempionatının ikinci turunun "Monza" ilə oyununda o, komandanın heyətində debüt qolunu vurub.[12]
Klub | Mövsüm | Liqa | Kubok | Qitə | Toplam | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Kyoncu | 2016 | Koreya Milli Liqası | 17 | 0 | 0 | 0 | — | 17 | 0 | |
Jeonbuk Hyundai Motors | 2017 | K Liqa 1 | 29 | 2 | 1 | 0 | — | 30 | 2 | |
2018 | K Liqa 1 | 23 | 1 | 1 | 0 | 6 | 0 | 30 | 1 | |
Toplam | 52 | 3 | 2 | 0 | 6 | 0 | 60 | 3 | ||
Beijing Guoan | 2019 | Çin Super Liqası | 26 | 0 | 2 | 0 | 6 | 0 | 34 | 0 |
2020 | Çin Super Liqası | 17 | 0 | 0 | 0 | 6 | 0 | 23 | 0 | |
2021 | Çin Super Liqası | 2 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 0 | |
Toplam | 45 | 0 | 2 | 0 | 12 | 0 | 59 | 0 | ||
Fənərbaxça | 2021–22 | Super Liqa | 31 | 1 | 1 | 0 | 8 | 0 | 40 | 1 |
Napoli | 2022–23 | A Seriyası | 19 | 2 | 1 | 0 | 6 | 0 | 26 | 2 |
Karyerasında toplam | 164 | 6 | 6 | 0 | 32 | 0 | 202 | 6 |
Milli komanfa | İl | Oyun | Qol |
---|---|---|---|
Cənubi Koreya | 2017 | 2 | 0 |
2018 | 10 | 0 | |
2019 | 18 | 3 | |
2021 | 8 | 0 | |
2022 | 9 | 0 | |
Karyerasında toplam | 47 | 3 |