Kiniçi Aray (荒井欣一, Aray Kiniçi?, 6 iyul 1923, Tokio – 18 aprel 2002) – Yaponiya ufoloqu. O, Yaponiyada UNO araşdırmalarının qabaqcılı olmuşdur. Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyasının qurucusudur.
Kiniçi Aray | |
---|---|
Doğum tarixi | 6 iyul 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 18 aprel 2002 (78 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | tədqiqatçı |
Aray 1923-cü ildə Tokioda doğulmuşdur. İkinci Dünya müharibəsi illərində Yaponiya Hava Qüvvələrində radarla işləmişdir. Havanın vəziyyəti, astronomiya müşahidələri və hava qurğularına böyük marağı olmuşdur. Müharibədən sonra Maliyyə Nazirliyində işləmiş, daha sonra Tokionun Şinaqava bölgəsində kitab evi açaraq maraq dairəsinə aid kitablar oxumağa başlamışdır. Bu zaman 1954-cü ildə Corc Adamski tərəfindən nəşr olunmuş "Uçan boşqablar endi" kitabının yaponca tərcüməsi ilə tanış olmuşdur. Adamski kitabında uçan boşqabın göyərtəsinə qalxdığını və Veneradan olan yadplanetlilərlə söhbət etdiyini iddia edirdi. Aray dərhal UNO-larla maraqlanmağa başlamışdır. UNO-lar haqqında müşahidə hallarının və hekayələrin artdığını görən Aray 1955-ci ildə Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyasını qurmuşdur.[1]
Arayın ən böyük məqsədi dünyada qlobal sülhün əldə olunmasını və bəşəriyyətin gələcəyinin təhlükəsizliyini təmin etmək idi. O, ABŞ ilə SSRİ arasında qlobal müharibənin başlamasından narahat idi. Aray 1978-ci ildə "UFO to Uchu" jurnalına verdiyi müsahibədə bildirmişdir:[1]
Əgər biz Yeri üçüncü tərəf kimi müşahidə edən UNO-ların varlığını öyrənsək, bu, müharibəni dayandırmazmı? |
Aray Şinaqavada yerləşən şirkət binasında UNO kitabxanası yaratmışdır və kitabxanada UNO-lar haqqında tapdığı materialları toplamışdır. 2002-ci ilin aprelindəki ölümündən qısa müddət öncə kitabxanasındakı materialların çoxunu Fukuşima prefekturasında yerləşən İino UNO Muzeyinə bağışlamışdır.[1] Muzeydəki materialların 3000-i onun kolleksiyasına aiddir.[2] Aray muzeyin 1993–2010-cu illərdəki direktoru Kinoşita Tsuqio ilə dost olmuşdur.[1]