Corc Adamski (ing. George Adamski) – amerikalı-polyak yazıçı, ufoloq və 1940–1950-ci illərdə uçan naməlum obyektlər tərəfindən qaçırıldığını və onlarla dostluq münasibətləri qurduğunu iddia etmiş şəxs. Adamski UNO-larla birlikdə Aya və digər planletlərə uçuşlar apardığını bildirmişdir və XX əsrin ortalarında uçan naməlum obyektlərin qaçırdığı ən məşhur şəxs kimi tanınmaqdadır.[1]
Corc Adamski | |
---|---|
ing. George Adamski | |
Doğum tarixi | |
Doğum yeri | Bıdqoş, Almaniya imperiyası |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Silver Sprinq, ABŞ |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | Arlinqton milli qəbiristanlığı |
Vətəndaşlığı |
Polşa ABŞ |
Milliyyəti | polyak |
Dini | Roma-Katolik kilsəsi |
Fəaliyyəti | ufologist |
Adamskifoundation.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Adamski, 1950-ci illərdən etibarən ön plana çıxmağa başlayan uçan naməlum obyekt tədqiqatçılarından biri idi. Özünü filosof, müəllim, tələbə və uçan naməlum obyekt tədqiqatçısı olaraq adlandıran yazıçını bir çox müasiri yalançı, fırıldaqçı və şarlatan olduğunu bəyan etmişdilər.[2]
Yazıçı tərəfindən Skandinaviya ufoları ilə baş tutan görüşlərdən və kosmik gəmilərində onlarla səyahətlərini təsvir edən üç kitab yazılmışdır. "Uçan boşqablar endi" adlanan ilk kitab 1953-cü ildə Dezmond Leslinin həmmüəllifliyində nəşr edilmişdir. 1955-ci ildə isə "Kosmik gəmilərin içində" və 1961-i ildə "Uçan boşqabın vidası" adlı sayca üçüncü kitab çıxmışdır. Müəllifin ilk iki kitabı bestseller əsərlər kimi Amerika Birləşmiş Ştatlarında 200 min nüsxədən çox satılmışdır.[3]
Adamskinin iddiaları və fəaliyyəti Amerika Birləşmiş Ştatlarından sonra ən çox Yaponiyada əks-səda doğurmuşdur. İkinci Dünya müharibəsindəki məğlubiyyətin ardından Yapon cəmiyyəti yaşanan depressiyanı fərqli mövzulara və müxtəlif konspirasiya nəzəriyyələrinə maraq salmaqla öhdəsindən gəlməyə çalışırdılar. Bu baxıdan yazıçının kitabları və iddiaları Yaponiyada geniş auditoriya toplaya bilmiş və yadplanetlilərin və UNO-ların bir çox təsvirini yaratmaqda əsas mənbə kimi çıxış etmişdir.[4]
Corc Adamski 1891-ci ilin 17 aprel tarixində Almaniya imperiyasının Bıdqoş şəhərinə etnik polyak çütlük Yozef Adamski (1867–1937) and Fransiska Adamskanın (1862–1946) beş uşaqlı ailəsində anadan olmuşdur.[5] İki yaşında ikən ailəsi Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə köçmüşdür.[5]
1913–1916-cı illərdə, 22 yaşında olarkən Panço Villa ekspedisiyasında iştirak etmiş Meksika sərhədində vuruşan 13-cü ABŞ Süvari Alayında (K Birliyi) əsgər kimi xidmət etmişdir.[5] 1917-ci ildə Meri Şimberski ilə ailə həyatı qurdu. Həyat yoldaşı 1954-cü ildə vəfat edən və övladları olmayan Adamski evləndikdən sonra Amerikanın qərb ştatlarına köçmüşdür.
Bir müddət Yellouston Milli Parkında fəhlə, Oreqon ştatında un fabriklərinin birində texniki işçi və Kaliforniya ştatında beton zavodunda çalışmışdır.[6] XX əsrin 20-ci illərindən etibarən ezoterik okkultizm və neo-teosofiya cərəyanı ilə maraqlanmağa başlamışdır.[7] 30-cu illərdə Adamski Kaliforniyada Universal Mütərəqqi Xristianlıq və Ümumdünya Qanunu olaraq adlanan dini sistemi öyrənməyə və təbliğ etməyə çalışırdı.
1930-cu illərin əvvəllərində, Cənubi Kaliforniyada yaşayarkən, Adamski Elmi Fəlsəfə Məbədi olaraq adlanan məkanda yığıncaqlar keçirməyə başlayır və Laguna çimərliyində Tibet Kral Sifarişi adlı ordeni təsis edir. Adamski məbəddə filosof və müəllim kimi xidmət edirdi və qonaqların din, okkultizm və ezoterizm haqqındakı suallarını cavablandırırdı.
<ref>
teqi; Clark, p. 26
adlı istinad üçün mətn göstərilməyib