Kinosura burnu

Kinosura (yun. Ακρωτήριο Κυνόσουρα, q.yun. Κυνοσούρα, lat. Kynosoura, Cynosura — «İt quyruğu») — Yunanıstanın eyni adlı yarımadasının şərq qurtaracağında burun. Burun Salamin adasının şərqində, Attikanın yaxınlığında, eləcə də Psitaliya və Atlandi adalarının şimal-qərbində yerləşir. Yaxınlığında Prey şəhər-limanı var. Burun ərazisinin ən yüksək nöqtəsi 37 metrdir[1]. Kinosura brunundan qərbdə eyni adlı kənd yerləşir. Ərazi Attika periferiyasına daxildir. Afina şəhərinin 13 km-dir.

Kinosura burnu
Yerləşməsi
37°56′49″ şm. e. 23°34′44″ ş. u.HGYO
Akvatoriya Egey dənizi
Ölkə  Yunanıstan
Kinosura burnu xəritədə
Kinosura burnu
Kinosura burnu

Xarakteriskası

[redaktə | mənbəni redaktə et]

Burun ərazisinin mərkəzi və şimal-qərb hissəsi təpəli, cənub hissəsi isə düzənlik relyefə malikdir. Kinosura burnu ərazisinə ən yaxın yüksək zirvə 257 metrdir.

Ərazinin iqlimi mülayimdir. Orta illik temperatur 20  °C-dir. İlin ən isti ayı iyun olub orta aylıq temperatur 26 °C, ən soyuq ay isə yanvardır. Yanvar ayının orta aylıq temperaturu 8 °C -dir.

Orta illik yağıntının miqdarı 601 mm-dir. İlin ən rütubətli ayı dekabr olub orta aylıq yağıntının miqdarı 145 mm-dir. Ən quraq ay isə iyundur. Orta aylıq yağıntı 4 mm-dir.

Kinosurada Periklın atası Ksantippin itinin məzarı var idi. Sahibinin ondan ayrılmasına dözməyən it dənizi üzərək adaya çatmış, ancaq sahildə ölmüşdür. Onun öldüyü yerdə Kinossema abidəsi ucaldılmışdır (q.yun. Κυνός σῆμα, lat. Cynossema — «it məzarı»)[2]. Bu barədə Plutarx məlumat vermişdir[3].

Kinosura haqqında Herodot Salamin döyüşü haqqında yazarkən məlumat vermişdir.[4] Kserksin donanması buruna yan almaq istəsə də alınmamışdır[5]. Kinosurada Femistokl qələbə şərəfinə trofey ucaltmışdır.

Osmanlı imperiyası zamanında Kinosura burnu Ayiya-Varvara adlanırdı (Αγία Βαρβάρα).

  1. Ернштедт, Виктор Карлович. Саламинская битва // Журнал Министерства народного просвещения. — 1882. mart. — 117—118.
  2. Фемистокл // Знаменитые греки и римляне : 35 биогр., сост. по Плутарху и др. древ. авт. М. Н. Ботвинником, М. Б. Рабиновичем. СПб.: Эпоха (Кузнецов). 1993. 49. ISBN 5-87594-034-4.
  3. Плутарх. Сравнительные жизнеописания. Фемистокл. 10
  4. Геродот. История. VIII, 76
  5. Примечание Г. А. Стратановского в кн. Геродот. История в девяти книгах. Ленинград: Наука. Ленингр. отд-ние. Пер. и примеч. Г. А. Стратановского ; Под общ. ред. С. Л. Утченко ; Ред. пер. Н. А. Мещерский. 1972.