Salamin

Salamin (yun. Σαλαμίνα və ya Σαλαμίς) — Yunanıstanın Afina yaxınlığındakı Saronikos körfəzinin eyni adlı adalarının ən böyüyü. Adanın sahəsi 91,503 kvadrat kilometrdir.[1] 2011-ci il siyahıyaalmasına görə, əhalisi 39,283 nəfərdir.[2] Attika periferiyasının Adalar adlı periferiya vahidində eyni adlı cəmiyyətə aiddir. Cəmiyyətin inzibati mərkəzi Salamin şəhəridir.

Salamin
Σαλαμίνα
Ümumi məlumatlar
Sahəsi
  • 95 km²
Hündür nöqtəsi 375 m
Əhalisi
  • 39.220 nəf. (2011)
Yerləşməsi
37°56′17″ şm. e. 23°29′07″ ş. u.HGYO
Ölkə
Salamin xəritədə
Salamin
Salamin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eramızdan əvvəl VII-VI əsrlərdə adanın sahibi olmaq üçün AfinaMeqara arasında uzun mübarizə gedirdi.

Salamin yaxınlığında antik dövrün ən məşhur döyüşlərindən biri baş vermişdir və burada yunanlar Femistoklun komandanlığı altında eramızdan əvvəl 480-ci ildə İran donanmasını məğlub etmişdilər.

Salamin həmçinin Troya müharibəsi zamanı salaminlərə başçılıq edən Ayaksın adası kimi tanınır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
Salamin adasının xəritəsi

PeramaPirey bölgəsinin işçi əhalisi üçün bağ zonasıdır, xarici turistlərə burada nadir qarşılaşmaq olar. Kinosura (Κυνοσουρα) adlı şimal-şərq dili ticarət gəmilərinin saxlanması və təmiri üçün istifadə olunur. Balıqçılıq mərkəzidir. Bağçılıq, əsasən Püstə ağacları yaxşı inkişaf etmişdir. Salamin eyni zamanda Yunanıstan Hərbi Dəniz Qüvvələrinin əsas bazasıdır.

Salamin adasından Pirey rayonuna bərə nəqliyyatı vasitəsi ilə çatmaq olar. Adanın şimalında sürdükdən sonra qərbi bərə vasitəsilə Faneromeni monastırı yaxınlığındakı AfinaPatras 8 nömrəli avtomagistral yoluna çıxmaq olar.

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Polixronis Lembesis (1848—1913), Yunanıstan rəssamı, Münhen məktəbinin nümayəndəsi;
  • Teodoros Panqalos (1878—1952), general, Balkan və 1-ci Dünya Müharibələri və Kiçik Asiya kampaniyasının iştirakçısı, siyasətçi, 1925-26-cı illərdə Yunanıstanın diktatoru.
  1. II: 7. Eπιφάνεια, πραγματικός και μόνιμος πληθυσμός των κατοικημένων νήσων της Eλλάδος (PDF) // Σtatiσtikh eπethpiδa τησ Eλλαδοσ 2009 & 2010 (yunan). Πειραιάς: Ελληνική Στατιστική Αρχή. 2011. 46. ISSN 0081-5071.
  2. "Δελτίο τύπου. Ανακοίνωση των αποτελεσμάτων της Απογραφής Πληθυσμού-Κατοικιών 2011 για το Μόνιμο Πληθυσμό της Χώρας" (PDF) (yunan). Ελληνική Στατιστική Αρχή. 28 Δεκεμβρίου 2012. 2013-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-04.
  • Αντιπλοίαρχος (Ο) Αθ. Τσιλιβίγκος ΠΝ. Σαλαμίνα, Μονή Φανερωμένης και ο Πρώτος Ναύσταθμος 1878—1881. Ίανθος. 2005.
  • Σαλαμίνα // Πάπυρος Λαρούς Μπριτάννικα. 53. 1996. 74.
  • Μ. Παλέρμου. Η Σαλαμίνα μέσα από το πέρασμα των αιώνων // Έρευνα (yunan). — 2001. iyul. — 83—84.
  • Τ. Καραντής. Οι Αρβανίτες και τα Αρβανίτικα στη Σαλαμίνα // Έρευνα (yunan). — 2001. iyul. — 39.
  • Θ. Παντελή. Σαλαμίνα. Πορεία μέσα στο χρόνο. Ιωλκός. 2003. 88.
  • Σ. Καργάκου. Γενική Ιστορία. Gutenberg. 1976. 565.