Kiri Buba

Kiri "Buba" Abdullah (ləzg. КIири Буба 1870-ci illər1908 və ya 1913) – Çar rejiminə və həmçinin yerli zülmkarlara qarşı mübarizə aparmış məşhur abrek, Ləzgilərin xalq qəhramanı. Ruslar ona təslim olmağı təklif edəndə, onun son sözləri "Namus xurxa hur qwan - xura çk'ul huray" oldu yani "Namusum palçığda olana qədər - sinəmdə xəncəl olsun".[1]

Kiri "Buba" Abdullah
Abdurahmanan xo Kiri Abdullah (Buba)
Doğum tarixi 1870-ci illər
Doğum yeri Kiri kəndi, Kürə dairəsi, Dağıstan, Qafqaz canişinliyi, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Dərbənd, Kürə dairəsi, Dağıstan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Həyat yoldaşı Şağa
Atası Abdurəhman
Milliyyəti Ləzgi
Fəaliyyəti Abrek
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Abrek Abdullah (Kiri Buba) və iki dostu Rus imperyası tərəfindən qətlə yetirilmiş vəzyətdə.

Buba ləqəbi ilə tanınan Əbdurəhman oğlu Abdulla Dağıstan vilayəti Kürə dairəsinin Kiri kəndində anadan olmuşdur.[2] Kiri Bubanın doğum tarixi haqqında dəqiq məlumatlar yoxdur. Ehtimal olunur ki, o, XIX əsrin 70-ci ilərin sonunda anadan olub. Kiri Buba Rusiya imperiyasının çar hakimiyyətinə qarşı mübarizə aparıb, xalqı açıq-aşkar çar hakimiyyətinə qarşı müharibəyə çağırırdı.

1905–1913 illərdə, qaçaq Buba 20 nəfərdən artıq dəstəsi ilə Bakıdan Mahaçqalaya kimi ərazini terror altında saxlayırdı. Varlıların mülklərin dağıdaraq, o aldığını kasıb camaata paylayardı. Xalq ona "Buba" yəni "böyüklük edən" adını verib.

Abrek Abdullah 1913-cü ildə iki ləzgi dostu ilə 40 rus kazakla qeyri-bərabər döyüşdə yaralanır, sonra isə Rus Çarlığı məhkəməsinin qərarı ilə xalqın göz onündə abrek və iki dostu edam edilir. Abrek Abdullahın başı üçün ruslar qızıl ilə 10 min rubl mükafat təyin edirdi. SSRİ dövründə Abrek Abdullahın nəyinki obrazları və əməllərı, onun haqqında danışmağ belə qadağan olunmuşdu, lakin buna baxmayaraq ki, Ləzgi xalqı ona çoxsaylı dördlüklər həsr edirdi. Bu dördlüklərdən yüzdən çoxu K. Kaziev və E. Navrubekov tərəfindən toplanmışdır, onlardan birinin bir hissəsi:[3]

" Abrekin məzar daşında yazılıb: "Kiri Buba həyatdan heç vaxt həyatdan özünə mərhəmət diləmədi, Tariximizdə öz izini qoydu, Və igidliyini min illər boyu şərəfləndirdi.

O, xalqın ürəyində əbədi yaşayacaq!

"
  1. Тишков, Валерий Александрович. Российский Кавказ: книга для политиков (rus). Росинформагротех. 2007. 138, 384. ISBN 978-5-201-00806-2. 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.
  2. Ramazanov, Bilal. Damax iya.
  3. В. А. Тишков. Российский Кавказ: книга для политиков. Росинформагротех. 2007. 138. — 384.