Kiro Qliqorov[1] (mak. Киро Глигоров; d. 3 may 1917, İştip, Serbiya Krallığı - ö. 1 yanvar 2012, Skopye, Makedoniya) — Makedon siyasətçi; Makedoniyada demokratik seçkilərlə hakimiyyətə gəlmiş ilk prezident.
3 may 1917-ci ildə İştipdə anadan olmuşdur[2].
Belqrad Universitetinin Hüquq fakültəsini bitirmişdir[2].
Keçmiş Yuqoslaviya Kommunist Partiyasının üzvü olaraq federal səviyyədə müxtəlif vəzifələrdə çalışmış Qliqorov, 1974-1978-ci illərdə parlament spikeri vəzifəsini icra etmişdir[2].
1990-cı ilin dekabrında Makedoniya Parlamenti tərəfindən prezident seçilmiş, demokratik seçkilərlə 27 yanvar 1991-ci ildə Makedoniya Respublikasının ilk prezidenti olmuşdur[2].
1994-cü ildə ikinci dəfə prezident seçilmişdir.
1990-cı illərdə Balkanları əhatə edən döyüşlərdən ölkəsini uzaq tutmaq istəyən Qliqorov 1995-ci ilin oktyabrın 3-də öz evindən igamətgahına kedərkən, avtomobilinə bombalı hücum edilmişdir. Nəticədə sürücüsü həyatını itirmiş, özünün isə sağ gözündə davamlı görmə maneəsi meydana gəlmişdir[2].
2000-ci ildə dünyanın ən yaşlı prezidenti kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür[2].
1 yanvar 2012-ci ildə Skopyedə vəfat etmişdir. Skopyedəki aile məzarlığında dəfn edilmişdir[2].
Ailəsinin istəyi ilə dövlət səviyyəsində rəsmi dəfn mərasimi keçirilməmişdir[2]. Lakin ölkədə 1 günlük yas elan edilmişdir[2].