Kirov rayonu (oset. Кировы район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Elxot kəndidir.
Kirov rayonu | |
---|---|
43°20′ şm. e. 44°12′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Elxot[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 2 dekabr 1934 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Kirov rayonu respublikanın şimal-qərb hissəsində, Kabarda-Balkariya ilə sərhəddə yerləşir. Rayonun sahəsi 410.74 km²-dir.
Aşağıdakı rayonlarla həmsərhəddir: şimal-şərqdə Mozdok rayonu, şərqdə Pravoberejnı rayonu, cənubda Ardon və Diqorski rayonları, eləcə də qərbdə və şimalda Kabarda-Balkariyanın 3 rayonu.
Rayonun hidroqrafik şəbəkəsi Terek, Kambileevka, Urux, Zmeyka çayları və onların qolları ilə təmsil olunur. Bir sıra meliorasiya kanalları da mövcuddur.
2 dekabr 1934 SSRİ sosialist partiyasının Şimali Osetiyanə bölməsinin qərarı ilə beş kənd sovetliyi təşkil edilir: Elxotovski, Stavd-Dordski, Zmeyski, İranski və Komsomolski[3].
17 mart 1935-ci ildə SSRİ MİK qərarı ilə Elxotov rayunun adı Kirov rayonu olaraq dəyişdirilir. 2004-cü ildə rayon özünün 70 illiyini qeyd edir[4].
Böyük Vətən müharibəsi zamanı Elxotov darvazası uğrunda qanlı döyüşlər baş tutmuşdur. Bura Xəzər neftinə, Gürcüstan hərbi yoluna gedən xəttin girişi sayılır. Burada sovet qoşunlarının müdafiə xətti qırılır. Ancaq alman qoşunları Orjanikidze yaxınlığında durdurulmuşdur.
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
osetinlər | 25 407 | 91,4 % |
ruslar | 1 894 | 6,8 % |
digərləri | 506 | 1,8 % |
Kirov rayonu istər kənd təsərrüfatı, istərsə sənaye istiqamətli iqtisadiyyata sahibdir. Rayon ərasinində 39 müəssisə, o cümlədən 6 kolxoz, 1 sovxoz, 4 sənayə müəssisəsi, 2 tikinti şirkəti, 1 yol idarəsi.
Konserv zavodu
«Elxotovski ”, “ Revaris ” MMC,“ Avangard ” MMC;
«Karcin-LTF» MMC — İkiqat lent;
«Soyuz Plus» MMC, «Kazar» MMC - spirt istehsalı;
«Yuq-Kristal» MMC, «RKZP» MMC, «İmperiya» MMC, «YUQ» MMC, «Kirovski» MMC, «Lider» MMC, «Oka»" MMC - şərab və araq məhsulları;
Rayon ərazisindən, Elxotov darvazası ərazisindən Qafqaz avtomagitralı və Şomali Qafqaz dəmiryolu xətti keçir.
Müsəlmanların olduğu kəndlər — Elxatov, Karcin və Komsomolskoe.
İbadətgah (Stavd-Durta);
İlk iman gətirən Müqəddəs Həvarilərin, Pyotr və Paulunun kilsəsi (Elxotov);
Müqəddəs həyatverən üçlük kilsəsi (Stavd-Durta).
Xristianlığın yayıldığı kəndlər - Zmeyskaya, Darg-Kox, Stavd-Durta və İran kəndləri.
"Tatartup" ziyarətgahı (st. Zmeyskaya). Ənənəvi inanclar islam və xristianlıqla qarışıqdır.