Kiselyov qayası – Rusiya Federasiyasının Krasnodar diyarında təbiət abidəsi. Qara dəniz sahilində yerləşir. Kiselyov qayası diyarın Tuapsinski rayonunun qərbindədir. Düz və hamar səthə malik olan bu qayanın hündürlüyü 46 metrdir. Eni isə 60 metrdi.[1] Qaya Tuapse şərhərindən 4 km şimal-qərbdə, Kadoş burnu ilə Aqoy çayının mənsəbi arasında yerləşir.
Kiselyov qayası | |
---|---|
rus. Скала Киселёва | |
BTMB kateqoriyası — III (Təbiət abidəsi) | |
Sahəsi | 0,9 ha |
Mütləq hündürlüyü | 46 m |
Yaradılma tarixi | 26.03.1980 |
Yerləşməsi | |
44°06′48″ şm. e. 39°01′56″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Yerləşməsi | Tuapsinski rayonu |
Yaxın şəhər | Tuapse |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kiselyov qayası 700 metrliyində olan Mışinı norki qayası ilə birlikdə qorunan Kadoş meşə parkı ərazisinə daxildir. Parkın ümumi sahəsi 300 hektardır. Qayanın sahəsi isə təxminən 1 hektardır. Sahil klifində olan qayalı ərazidə pitsunda şam ağacları geniş yayılıb. Dəniz terraslarında isə krım şamı üstünlük təşkil edir. Bölgədə 30 növ ağac və kol qeydə alınıb. 7 növ lian, 255 növ ot bitkisindən orxideya diqqəti cəlb edir.[2] Kiselyov qayasının mərkəzində krım şamı, eskarpa yaxın ərazidə isə pitsunda şamı bitib.[1]
Qayanı rəssam Aleksandr Aleksandroviç Kiselyovun şərəfinə adlandırıblar. Onun yaratdığı «Kadoş qayası», «Tuapse ətrafları», «Dənizə eniş» əsərləri bu təbiət möcüzəsinə həsr olunub. Kiselyov ilk dəfə Tuapseyə 1886-cı ildə, sonuncu dəfə isə 1910-cu ildə səfər etmişdir. Kadoş burnu yaxınlığında rəssamın bağ evi yerləşirdi. Bu ərazidə 1917-ci ildə 20 ev mövcud idi.[2] Rəssamın evində M. Qorki, İ.Ayvazov, A.Serafimoviç və başqa tanınmış incəsənət adamları olmuşdur.[3]
Vətəndaş müharibəsi illərində evlər dağıdılmışdır. Bir evin qalıqları Pauk dağının qərb yamacında qalıb. İnqılabdan sonra iki salamat qalmış evdə kənd təsərrüfatı kommunası, erməni kolxozu və istirahət evi yaradılmışdır. İkinci dünya müharibəsi zamanı evlərdə Qara dəniz flotunun qərargahı yerləşirdi.[1] Tuapse şəhərində A.A.Kiselyovun ev muzeyi fəaliyyət göstərir.[4]
Kiselyov qayası populyar ekskursiya və turizm məkanıdır. Kurort mövsümündə Tuapsedən qaya ərazisinə kimi teploxodla ekskursiya səfərləri təşkil olunur. [3][5]
Brilyant əl filmindəki Ağ qayada balıq tutma səhnəsi Kiselyov qayası yaxınlığında çəkilib.[6]