Kitabxanaşünaslıq və informasiya elmləri

Kitabxanaşünaslıq və informasiya elmləri (ing. Library and information sciences) ― kitabxanaşünaslıq elmi ilə informasiya elminin vəhdətindən irəli gələn bir istilahdır.[1]

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Kitabxanaşünaslıq — cəmiyyətdə kitabxanaçılıq prosesinin inkişaf qanunauyğunluqlarını, xassələrini, xarakterini, strukturunu və çap əsərlərindən ictimai istifadənin təşkili problemlərini tədqiq edib öyrənən humanitar elmdir.[1]

Kitabxanaşünaslığa nisbətən informasiya elmi gənc elm sahəsidir. İstilahın "kitabxanaşünaslıq və informasiya elmləri" adlandırılması XX əsrin ortalarından sonra Avropada, o cümlədən Amerika Birləşmiş Ştatlarında ali kitabxanaçılıq məktəblərinin yeni ad altında formalaşdırılması ilə əlaqələndirilir. Belə ki, XX əsri 60-cı illərindən başlayaraq ali təhsilli kitabxanaçı kadrlar yetişdirən universitet fakültələri, kolleclər, kitabxanaçılıq məktəbləri "İnformasiya elmi" (ing. Information Science) və yaxud "Kitabxanaşünaslıq və informasiya elmləri" (ing. Library and İnformation Scences) kimi yeni adlar altında fəaliyyətə başladılar. Buna səbəb gənc elm sahəsi kimi formalaşmaqda olan "İnformasiya elmi"nə günü-gündən artan maraq, bəslənən rəğbət və sürətli inkişafına göstərilən ictimai diqqət idi.[1]

"İnformasiya elmi" termininin formalaşması 1955-ci ilə təsadüf edir. Bu terminin fomalaşmasına təkan verən əsas səbəb isə amerikalı riyaziyyatçı alim Klod Elvud Şennon (ing. Claude Elwood Shannon, 1916–2001) tərəfindən "informasiya nəzəriyyəsi"nin (1948) yaradılması göstərilir.[1]

Beləliklə, 1955-ci ildə Polşa əsilli İngilis kitabxanaçısı Ceyson Farradeyn (1906–1989) özünün "İnformasiya mütəxəssisinin peşəkar təhsili" haqqında elmi məqaləsində "informasiya elmi" terminini istifadə etmiş, həmçinin bu məqalədə o, "sənədşünas" (ing. Documentalist) istilahının sinonimi kimi "informasiya mütəxəssisi" (ing. Information Scientist) terminini istifadə etmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 "KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA ELMLƏRİ" ANLAYIŞININ ŞƏRHİ 2021–06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021–06-03.