Kivaç

Kivaç (kar. Kivačču fin Kivatsu) — Rusiyada, Kareliya Respublikasının cənubunda şəlalə. Şəlalə Suna çayının üzərində yerləşir.

Kivaç
kar. Kivačču
Kivaç şəlaləsi
Kivaç şəlaləsi
Ümumi məlumatlar
Hündürlüyü 11 m
Eni 66 m
Çay Suna
Yerləşməsi
62°16′31″ şm. e. 33°58′47″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Kivaç xəritədə
Kivaç
Kivaç
Kivaç xəritədə
Kivaç
Kivaç
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Şəlalənin adı böyük ehtimal ki, fin mənşəli kiivas sözündən meydana gəlmiş. Mənası möhtəşəm, çevik deməkdir[1].

Kivaç şəlaləsinin ümümi düşmə hündürlüyü — 10,4 metrdir. Bu çayın 170 metrlik hissəsinə uyğun gəlir. Aşağı hissədəki astananın hüdürlüyü isə — 8 metrdir. Şəlalənin formalaşdığı çay yatağının süxuruları əsasən diabazdan ibarətdir.

Şəlalə ümumilikdə qaya parçası ilə iki hissəyə bölünüb: əsas (sağ) və ikinci (sol). Əsas axın dörd pilləkəndən ibarətdir, ikinci axın isə əsas axına 90 dərəcəlik bucaqla birləşir və bir-neçə kiçik pilləkəndən ibarətdir[2].

Şəlalə və ətraf ərazi Kivaç qoruğunun əsas ekskursiya obyekti hesab olunur. Qoruğun ümumi sahəsi 10 min hektardır. Şəlalə yaxınlığında təbiət muzeyidendrari fəaliyyət göstərir[3].

Şəlalə haqqında ilk məlumat 1566-cı ilə təsadüf edir. Ən geniş yayılmış əfsanə Suna və Şuya bacı-çayları haqqındadır[4].

1868-ci ildə şəlaləni imperator II Aleksandr ziyarət etmişdir. Onun gəlişinə görə şəlalə yaxınlığında xüsüsi gecələmə evi inşa edilmişdir.

1936-cı ildə Sunsk kaskad SES-nın tikintisi zamanı çay suyunun bir hissəsi Kondopoj və Paleozer su elektrik stansiyalarına yönəldilmişdir. Nəticədə ümumi hidroqrafik şəbəkə dəyişilmiş, ərazidəki Qirvas (14 m) və Por-Poroq (16 m) şəlalələri yox olmuşduur. Kivaç şəlaləsinin gücü isə xeyli azalmışdır (66 m³/s-yə kimi).

Şəlalə haqqında Qavril Derjavin, Fyodır Qlinka, Nikolay Qlazkov və digər tanınmış rus şairləri şeirlər yazmışdırlar.[2]

  1. Керт Г. М., Мамонтова Н. Н. Загадки карельской топонимики. Рассказ о географических названиях Карелии (3-е изд 3000 nüs.). Петрозаводск: Карелия. 2007. ISBN 978-5-7378-0097-0.
  2. 1 2 Карелия: энциклопедия: в 3 т. / гл. ред. А. Ф. Титов. Т. 2: К — П. — Петрозаводск: ИД «ПетроПресс», 2009. С. 54 — 464 с.: ил., карт. ISBN 978-5-8430-0125-4 (т. 2)
  3. "Экскурсионные туры (Карелия) «Алмазна сыплется гора…» (Кивач)". 2007-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-08-26.
  4. "Водопад Кивач | Отдых в Карелии с компанией «Карьяла»". 2010-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-04.