Klepetan və Malena— biri-birilərinə olan sevgi və sədaqətləri ilə Xorvatiyada məşhurlaşan bir cüt ağ leylək (Ciconia ciconia).
2001-2021-ci illər arasında Klepetan hər ilin yaz aylarında aldığı güllə yarası səbəbindən səyahət edə bilməyən Malena ilə cütləşmək üçün Cənubi Afrikadan Xorvatiyanın şərqindəki Slavonski Brod qəsəbəsinə gəlirmiş. 14 il aşiq olan bu iki quş, hər çoxalma mövsümündə bir yuvada yaşayırlar və 60-dan çox cücə yetişdirirlər. 7 iyul 2021-ci ildə qocalıq və təbii səbəblərdən Malena ölsə də Klepetan sağ qalır.[1]
Xorvatiya ağ leyləklər üçün məşhur yuva yeridir.[2] Ölkədə təxminən 1500 yuva quran cütlük yaşayır, bəzi kəndlərdə insanlardan daha çox leylək var. Xorvat qapıçı Stjepan Vokić 1993-cü ildə Malenanı balıq tutarkən tapdı. Leylək ovçular tərəfindən vurulmuşdu və bu səbəbdən uça bilmirdi. Vokiç Malenanı xilas etdi və onun baxıcısı oldu. 2001-ci ildə Vokiçin Klepetan adını verdiyi erkək leylək Malenanı ziyarət etməyə başladı. Klepetan hər yaz Malena ilə cütləşmək üçün geri qayıdırdı. Onlar bir yerdə heyvandarlıq mövsümünü keçirir və dünyaya yeni leylək balaları gəlirdi. Radio izləmə qrupu vasitəsilə Klepetanın hər il Malena ilə görüşmək üçün Cənubi Afrikadan Xorvatiyaya 13.000 kilometr (8.000 mil) məsafə səyahət etdiyi müəyyən edildi.[2][3] Malena ov edə bilmədiyi üçün Vokiç onun balalarına qulluq edirdi. Onlara yuva, sığınacaq tikir və qidalandırırdı.[2][4] 2017-ci ildə Klepetan geri qayıdır və Malenanın yuvasında başqa bir quş və yenicə qoyulmuş yumurta tapır.[5] Klepetan erkək leyləyi qovur və rəqibinin yumurtasını sındırır. Ümumilikdə cütlüyün 66 cücəsi var idi.[6][7]
2019-cu ilin mart ayında Brodski Varoşa Klepetana bənzəyən qeyri-adi erkən leylək gəldi. O, apreldə getdi və yayın qalan hissəsində geri qayıtmadı. Xəbərlərdə Klepetanın 2019-cu ilin avqustunda öldüyü bildirilsə də, sonradan onun fərqli bir leylək olduğu ortaya çıxdı.[8] Klepetanın ölümü ilə bağlı şayiələrə baxmayaraq, 2020-ci ilin aprelində o, yenidən Malenanın yanına qayıtdı. Klepetan sonuncu dəfə 2021-ci ilin aprelində Malenanın yanına gəldi.[9]
7 iyul 2021-ci ildə qocalıqdan vəfat edən Malenanın ölümünü Stepan Vokiç elan edir. Ölməmişdən öncə o, 28 il Vokiçin himayəsində olub.[1] Ölümü zamanı onu Klepetan müşayiət edirdi. Vokiç, cütünün ölümünə baxmayaraq Klepetanın 2022-ci ildə evinə qayıdacağına ümid etdiyini söyləyib.[10]
2017-ci ildə çəkilmiş sənədli filmdə leyləklər və Vokiçdən bəhs edilir.[11] Xorvatiyanın turizm idarəsi Xorvatiyanı tanıtmaq üçün Klepetan və Malena adlı animasiya videosunu da hazırlayıb.[12] Bu leyləklər cütü Livanın köçəri quşlar üçün mühafizə vasitələri qəbul etməsinə səbəb olan videonun mövzusu olub.[13] Cütlük "Xorvatiyanın ən qeyri-adi sevgi hekayəsi" kimi də toplumda məşhurlaşıb.[14]