Ko Un

Ko Un— (kor. 고은; 1 avqust 1933[1], Günsan[d], Yaponiya imperiyası[3]) — Koreya şairi və nasiri, ictimai xadim, insan hüquqları müdafiçəsi[4]

Ko Un
kor. 고은
kor. 高銀
Doğum adı 고은태
Doğum tarixi 1 avqust 1933(1933-08-01)[1] (91 yaş)
Doğum yeri
Milliyyəti koreyalı
Təhsili
Fəaliyyəti şair, yazıçı, tərcüməçi, universitet müəllimi[d], bhikşu, aktivist, publisist, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 1958–2018
Əsərlərinin dili koreya dili
Janrlar şeir, hekayə, roman, esse
koun.co.kr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənubi Koreya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ko Un 1933-cü ilin avqust ayının 1-də Koreya Respublikasının Jeonlabukdo əyalətinin Gunsan şəhərində anadan olmuşdur. Koreya müharibəsində böyük çətinliklərlə üzləşmişdir. 1952-ci ildə — on səkkiz yaşında buddist rahibi olmuşdur. 1957-ci ildə başqa bir rahiblə Buddist təmayüllü qəzet qurmuş və onun baş redaktoru olmuşdur. Həmin qəzetin səhifələrində ilk şeir və esselərini dərc etmişdir.

1958-ci ildə görkəmli şair Ço Çi Xunun tövsiyəsi ilə "Müasir ədəbiyyat" ədəbi toplusunda dərc olunan həcmcə kiçik "Vərəm" adlı şeiri ilə ədəbiyyat aləminə qədəm qoymuş, ilin şairi seçilmişdir.

1962-ci ildə Ko Unun ilk şeirlər toplusu olan "Özgə dünya həssaslığı" kitabı nəşr edilir. Bu dönəmdə o, nəinki Buddist dairələrdə, həmçinin ədəbi mühitdə kifayət qədər tanınırdı. O, Çondung məbədinin baş rahibi, sonra təhsil direktoru və Haein məbədinin rəhbəri vəzifəsini icra etmiş və nəhayət Milli Rahiblər Birliyi Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

1962-ci ildə ildə rahiblikdən uzaqlaşaq dünyəvi həyata qayıtmışdır. Bu dönəmlərdə o, rus yazıçısı Mixail Şoloxovun "Sakit Don" romanını yapon dilinə tərcümədə oxumuş və əsər genişmiqyaslılığı və mürəkkəbliyi ilə onu heyrətləndirmiş, bu səbəbdən bütün əlyazmalarını yandıraraq ümidsizliyə qapılmışdır.

1963–1966-cı illərdə Ceju şəhərində bir uşaq evi qurmuşdur. Sonra ölkənin paytaxtı Seula köçmüş, ancaq orada özünü tapa bilmədiyindən depressiyaya qapılmışdır. Həyatla barışa bilməyərək 1970-ci ildə intihara cəhd etmişdir. Dördüncü Respublika dövründə insan hüquqları uğrunda fəal mübarizəyə qoşulmuşdur. Bir neçə dəfə (1974, 1979, 1980, 1989) həbs edilmişdir. Çon Du Hvanın hərbi çevrilişindən sonra iyirmi il həbs cəzasına məhkum edilmiş, 1982-ci ilin avqustunda sərbəst buraxılmışdır.

Ko Un Koreyada demokratiya uğrunda fəal mübarizlərdən biri kimi tanınır. O, 1983-cü ildə evlənərək Anson şəhərində məskunlaşmış və yaradıcılığının ən məhsuldar mərhələsi başlamışdır.

Koreya Yazıçılar Birliyinin sədri, Koreya Ulusal Sənətçilər Birliyinin başqanı, Berkli Universiteti Koreyaşünaslıq Bölümünün dəvətli müəllimi, Harvard Yençing İnstitutunun xüsusi araşdırma professoru kimi müxtəlif vəzifələrdə çalışmışdır. 2000-ci ildə Şimali Koreya ilə Zirvə görüşünün rəsmi nümayəndələrindən biri olaraq Pxenyana səfər etmiş və bunun yekununda hər iki ölkə şairlərinin (2000) şeirlərindən ibarət bir toplu hazırlayıb yayınlamışdır. Həmin dövrdən başlayaraq dəfələrlə Şimali Koreyaya səfərlər etmişdir.

Koreya Respublikasının Dongduk Universitetinin (2010) və Jonbuk Universitetinin (2011) fəxri doktoru seçilmişdir. 2011-ci ildə Dünya Poeziya Akademiyasının (World Poetry Academy) Fəxri Komitəsinə üzv seçilmişdir. 2014-cü ildə YUNESKO üzrə Koreyanın Milli Komissiyasının xoşməramlı səfiri seçilmişdir.

Hazırda "Pan Koreya Böyük Dil Sözlüyü"nün redaksiya heyətinin rəhbəridir. 2007-ci ildən Seul Milli Universitetində dəvətli professor kimi çalışmaqdadır. 2009-cu ildən başlayaraq bir neçə dəfə Nobel mükafatına namizəd göstərilmişdir.

2018-ci ildə cinsi təcavüz qalmaqalında adı hallandığına görə əsərləri dərsliklərdən çıxarılmış, ev muzeyi qapadılmışdır.

Ədəbi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ko Un 1958-ci ildən nəşr olunmağa başlamışdır. Onun ilk şeir kitabı olan "Piangamseung" 1960-cı ildə nəşr olunmuşdur. Bunun ardınca "Bir rüzgar", epik şeir kitabı "Bekdusan" (7 kitab), "On min can" (bütövlükdə 30 kitab), Ko Un Şeir Antologiyası (2 kitab), Ko Un Şeir Seriyası (cəmi 38 kitab) olmaq üzrə 150 kitabı nəşr edilmişdir.

1989-cu ildən etibarən əsərləri ingilis, fransız, alman, ispan, rumın, çex, türk, rus, yapon, Çin, Vyetnam və başqa dillərə çevrilmişdir. Əsərləri dünya ədəbiyyat çevrəsi və oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.

Ko Unun şeirləri daha çox prozaik səpkidədir, bununla belə yazıları dərin məzmunu, həyatiliyi, cəsarəti ilə diqqəti çəkir.

Onun bəzi bəzi nəsr əsərləri, cümlədən "Sutranın güllü bəzəkləri" (1991), "Kiçik səyyah" (2005) bestsellerə çevrilmişdir. Ko Unun bioqrafik məzmunlu hekayələrinin Koreya tarixindən alınmış personajları (Çumon, Kim Yusin və başqaları) ideoloji qərəzlilik və didaktik baxımdan tənqid olunmuşdur.

Ko Un XX yüzil Koreya ədəbiyyatında ən məhsuldar müəllif hesab olunur. Şeirlərlə yanaşı, hekayə, roman, esse, publisistik məqalə, dram, habelə Çin klassik poeziyasından tərcümələrin müəllifidir. Professor Peter Linin (Peter H. Lee) qənaətincə, Ko Un məhsuldarlıqdan əlavə, yazılarının əhatəliliyi və təxəyyül dərinliyi, dildən məharətlə istifadə etməsi ilə də seçilir.

Fəxri üzvü olduğu təşkilatlar

[redaktə | mənbəni redaktə et]

Koreya Respublikasının Dongduk Universitetinin (2010) Jonbuk Universitetinin (2011) fəxri doktoru seçilmişdir. 2011-ci ildə Dünya Poeziya Akademiyasının (World Poetry Academy) Fəxri Komitəsinə üzv seçilmişdir. 2014-cü ildə YUNESKO üzrə Koreyanın Milli Komissiyasının xoşməramlı səfiri seçilmişdir.

"Pan Koreya Böyük Dil Sözlüyü"nün redaksiya heyətinin rəhbəridir. 2007-ci ildən Seul Milli Universitetində dəvətli professor kimi çalışmaqdadır. 2009-cu ildən başlayaraq bir neçə dəfə Nobel mükafatına namizəd göstərilmişdir. 2018-ci ildə cinsi təcavüz qalmaqalında adı hallandığına görə əsərləri dərsliklərdən çıxarılmış, ev muzeyi qapadılmışdır.

Kitabları və yaradıcılığının məzmunu

[redaktə | mənbəni redaktə et]

1958-ci ildən nəşr olunmağa başlamışdır. Onun ilk şeir kitabı olan "Piangamseung" 1960-cı ildə nəşr olunmuşdur. Bunun ardınca "Bir rüzgar", epik şeir kitabı "Bekdusan" (7 kitab), "On min can" (bütövlükdə 30 kitab), Ko Un Şeir Antologiyası (2 kitab), Ko Un Şeir Seriyası (cəmi 38 kitab) olmaq üzrə 150 kitabı nəşr edilmişdir. 1989-cu ildən etibarən əsərləri ingilis, fransız, alman, ispan, rumın, çex, türk, rus, yapon, Çin, Vyetnam və başqa dillərə çevrilmişdir. Əsərləri dünya ədəbiyyat çevrəsi və oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. Ko Unun şeirləri daha çox prozaik səpkidədir, bununla belə yazıları dərin məzmunu, həyatiliyi, cəsarəti ilə diqqəti çəkir. Onun bəzi bəzi nəsr əsərləri , cümlədən "Sutranın güllü bəzəkləri" (1991), "Kiçik səyyah" (2005) bestsellerə çevrilmişdir. Ko Unun bioqrafik məzmunlu hekayələrinin Koreya tarixindən alınmış personajları (Çumon, Kim Yusin və başqaları) ideoloji qərəzlilik və didaktik baxımdan tənqid olunmuşdur. Ko Un XX yüzil Koreya ədəbiyyatında ən məhsuldar müəllif hesab olunur. Şeirlərlə yanaşı, hekayə, roman, esse, publisistik məqalə, dram, habelə Çin klassik poeziyasından tərcümələrin müəllifidir. Professor Peter Linin (Peter H. Lee) qənaətincə, Ko Un məhsuldarlıqdan əlavə, yazılarının əhatəliliyi və təxəyyül dərinliyi, dildən məharətlə istifadə etməsi ilə də seçilir.

Türk dilində yayınlanan kitabları

[redaktə | mənbəni redaktə et]
  • On min can (Şeirlər). Ankara: Ürün Yayınları, 2011,
  • Sabah dastanı" (Şeirlər). Ankara: Ürün Yayınları, 2011

Ədəbi mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Koreya Ədəbiyyat ödülü / Korean Literature Prize (1974)
  • Manhae Ədəbiyyat ödülü / Manhae Prize in Literature (1989)
  • Jungang Ədəbiyyat ödülü / Joong-Ang Prize for Literature (1991)
  • Daesan Ədəbiyyat ödülü / Daesan Prize for Literature (1993)
  • Manhae Böyük mükafatı / Manhae Grand Prize (1998)
  • Buddist Ədəbiyyat mükafatı /Buddhist Literature Prize (1999)
  • Koreya Respublikasının Mədəniyyət xidmətə görə Gümüş ordeni / The Republic of Korea's Silver Order of Merit in Culture (2002)
  • Danjae Ödülü /Danjae Prize (2004)
  • Birləşmə mükafatı / Unification Award (2005)
  • İsveç "Cikada" Ədəbiyyat ödülü / Swedish Literary Prize — ‘The Cikada" (2006)
  • Yeongrang Poeziya Ödülü /Young-Rang Poetry Award (2007)
  • Koreya Sənət Akademiyası Ödülü /Korea Academy of Arts Award (2008)
  • Kamil Poeziya üçün Griffin Fondunun Əbədi Uğur Mükafatı / Lifetime Achievement Prize, Griffin Fund for Excellence in Poetry (Kanada, 2008)
  • Dünya Ədəbiyyatına verdiyi töhfəyə görə Amerika Mükafatı qalibi / Winner of The America Awards for a Lifetime Contribution to International Writing (2011)
  • Ədəbiyyat üzrə 6-cı Şimal-Cənub Beynəlxalq mükafatı / 6th North-South International Literature Prize (İtaliya, 2014)
  • Struga Şeir Axşamları Qızıl Çələng Mükafatı / Golden Wreath Award of Struga Poetry Evenings (Makedoniya, 2014)
  • Sim Hun Böyük Ədəbi Mükafatı/ Sim Hun Grand Literary Prize (Koreya, 2017)
  • Roma Fondunun Beynəlxalq Şair Mükafatı / The International Poet Prize from the Foundation of Rome (İtaliya, 2017)
  • Yeni Qızıl Yaş Mükafatı / The New Golden Age Prize (Meksika, 2018)
  1. 1 2 Trumbull C. Ko Un // Encyclopædia Britannica (ing.).
  2. https://www.koreatimes.co.kr/www/culture/2023/01/142_343987.html.
  3. 1 2 Freebase Data Dumps. Google.
  4. "Ko Unun şeirləri Azərbaycan-Koreya ədəbi əlaqələri kontekstində". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.