Kobani işi (türk. Kobani Davası)[1][2] — Xalqların Demokratik Partiyasının (HDP) siyasətçilərinin 2014-cü ilin oktyabrında Kobani etirazları zamanı 37 nəfərin ölümünə səbəb olmaqda və "dövlətin birliyini və ərazi bütövlüyünü" pozmaqda ittiham olunduğu hüquqi prosedur. Etirazlar HDP-nin Kobanini mühasirəyə alan İslam Dövlətinə (İD) qarşı Türkiyə hökumətindən dəstək tələb etməsi ilə başlamışdır. Türkiyə hökuməti və prokuroru HDP-nin belə tələbləri terror təşkilatı kimi gördüyü Kürdüstan Fəhlə Partiyasının (PKK) sifarişi əsasında irəli sürdüyünü iddia etmişdir. Etirazlarla bağlı istintaq 2014-cü ildə başlasa da, ittiham aktı 2020-ci ilin dekabrında təqdim edilmiş və məhkəmə prosesi 2021-ci ilin aprelində başlamışdır.
2014-cü ilin oktyabrında Türkiyənin kürdlərin çoxluq təşkil etdiyi bölgələrdə İD-nin Suriyanın əsasən kürdlərin yaşadığı Kobani şəhərini mühasirəyə almasına qarşı etirazlar başlamışdır.[3] Suriyadan Türkiyəyə 200 minə yaxın qaçqın daxil olmuşdur.[3] Türkiyə hökumətinin mühasirəyə yanaşması ilə kifayətlənməyən HDP[4][5] Kobanidə baş verəcək qırğına qarşı etirazlara çağırmışdır.[6] Etirazlar Hürr Dava Partiyasının əks etirazları ilə qarşılanmışdır.[3] HDP Türkiyə Böyük Millət Məclisində etiraz aksiyalarının araşdırılmasını tələb etsə də, onların tələbləri təmin edilməmişdir.[5]
Hüquqi araşdırma 2014-cü ildə başlamışdır,[5] lakin HDP-nin keçmiş həmsədrləri Səlahəddin Dəmirtaş və Fiqan Yüksəkdağ yalnız 2019-cu ildə dindirilmişdir.[6] 2021-ci ilin sentyabr ayında Qars bələdiyyə sədri Ayxan Bilgən və ya millət vəkilləri Sırri Sürəyyə Öndər və Ayla Akat Ata kimi bir neçə HDP siyasətçisinə qarşı həbs qətimkan tədbiri seçilmişdir.[7] Həmin ilin oktyabrında istintaq BDP-nin həbsdə olan sabiq millət vəkilləri Səbahət Tuncəl, Aysəl Tuğluq[6] və Gültan Kışanakla bağlı yeniliklərlə genişlənmişdir.[8] İttihamnamə 30 dekabr 2021-ci ildə[9] Avropa İnsan Haqları Məhkəməsinin Dəmirtaşın[5] 22 dekabr 2021-ci ildə azadlığa buraxılmasına qərar verməsindən sonra təqdim edilmişdir.[10] 2022-ci ilin aprelində prokurorluq Kobani etirazlarının maliyyə aspektləri ilə bağlı istintaqı genişləndirdi və HDP siyasətçilərinin etirazlardan zərər çəkən insanlara maliyyə dəstəyi verdiyinə görə həbsə order vermişdir.[11]
30 dekabr 2020-ci ildə ittiham tərəfi HDP-nin 108 siyasətçisinə qarşı ittiham irəli sürdüyü 3500 səhifədən çox[9] iddianaməni Ankara məhkəməsinə təqdim etmişdir.[5] 7 yanvar 2021-ci ildə məhkəmə ittiham aktını qəbul etmişdir.[12][13] Həmin ay və bu iddianaməyə əsaslanaraq Milliyyətçi Hərəkat Partiyasından (MHP) Dövlət Baxçalı HDP-nin bağlanmasını tələb etmişdir.[14] Digər tanınmış müttəhimlər (yuxarıda qeyd olunanlarla yanaşı) Əhməd Türk, Əminə Ayna, Ərtoğrul Kürkcü, Gülsər İldırım, Yurdusev Özsökmənlər və Hatip Diclədir.[15]