Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya.
Hür Dava Partiyası Hür Dava Partisi | |
---|---|
Quruluş tarixi | 17 dekabr 2012 |
Baş qərargah | |
İdeologiya | İslamçılıq |
İdeoloji spektr | İfrat sağ |
Parlamentdə |
4 / 600 |
Saytı | hudapar.org |
2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar.[1] Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər.[2]
20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir.[2] Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.[3]
2012-ci ilin sonlarında "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" əsasən solçu və kürd milliyətçi Sülh və Demokratiya Partiyasının hegemonluğuna meydan oxumaq üçün siyasi partiya yaratmaq iradəsini açıqlamışdır.[4] 17 dekabr 2012-ci ildə "Hür Dava Partiyası" təsis edilmişdir.[5] 9 yanvar 2013-cü ildə Ankarada baş qərargah açılmışdır.[6]
"Hür Dava Partiyası"na bağlı cəmiyyətlər "Peyğəmbər aşiqləri" (türk. Peygamber Sevdalıları, kürd. Evindarên Pêyxamber) çətiri altında fəaliyyət göstərir.[7]
2023-cü il mayın 14-də Hürr Dava Partiyasının dörd namizədi (Serkan Ramanlı, Şahzadə Dəmir, Zəkəriyə Yapıcıoğlu, Faruk Dinç) Ədalət və İnkişaf Partiyası siyahısından Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçiliblər.