Kobra (film, 1986)

Kobra (ing. Cobra) — Silvestr Stallonenin baş rolda çəkildiyi filmlərindən biridir. "Kobra" filmi 1986-cı ildə rejissor Corc Pan Kosmatos tərəfindən çəkilmişdir. Filmin disribüteri Warner Bros. kompaniyasıdır.

Kobra
ing. Cobra
Janr aksiyon filmi, dram filmi, suç filmi, roman uyarlaması
Əsas mövzu Los Anceles Polis Departamenti, seriyalı qatil
Rejissor Corc Pan Kosmatos
Prodüserlər Menahem Qolan
Yoram Qlobus
Ssenari müəllifi Silvestr Stallone
Baş rollarda Silvestr Stallone
Brigitta Nilsen
Brayan Tompson
Operator Rik Veyt
Bəstəkarlar Con Kafferti
Silvestr Levay
İstehsalçı The Cannon Group
Distribütor Warner Bros., Netflix
İlk baxış tarixi 2 oktyabr 1986[3], 1986
Müddət 87 dəqiqə
Büdcə $25 milyon[1]
Gəlir $160 milyon[2]
Ölkə ABŞ ABŞ
Dil İngilis dili
İl 1986
Rəng rəngli
Çəkiliş yeri Kaliforniya, Santa-Monika
IMDb ID0090859

Film ABŞ-də baş verən cinayətkarlıqla bağlı məlumat verilməsi ilə başlayır. Daha sonra bir qrup ritual adətlərə sitayiş edən manyakın baltaları bir-birinə vurması səhnəsi göstərilir. Bu zaman bir küçə manyakı (Marko Rodriqes) dükana girir və dükandakı insanlara atəş açmağa başlayır. Bu supermarket Los-Ancelesdə yerləşir. Polislər dükanın ətraflarına toplaşır. Detektiv Mont (Endryu Robinson) baş polis idarəsindən peşəkar polisin çağrılmasını gözləyir. Bu zaman polislərin köməyinə əsl adı leytenant Mariona Kobretti olan "Kobra" ləqəbli polis (Silvestr Stallone) yetişir. Dükanda olan manyak polisləri dükanı partlatmaqla hədələyir. Manyak dərhal ona atəş açmağa başlayır. "Kobra" dükana girməyi bacarır və manyaka: "Sən xəstəliksən-mən isə sənin dərmanınam" deyərək, atəş açır. Manyak onun tərəfindən öldürülür. Jurnalistlər "Kobra"nın etdiyi hərəkəti bəyənmirlər. Onlar deyirlər ki, psixopatın da yaşamağa haqqı vardır. "Kobra" jurnalisti yeniyətmənin ölü bədəninin yanına apararaq ona deyir: "Bunu onun ailəsinə söyləyin!"

Üç manyak və başçı Nayt Sleşer (Brayan Tompson) gecə vaxtı qadını öldürürlər. Növbəti gün isə daha bir qadın öldürülür. Onlar fotomodel İnqrid Knudseni (Brigitta Nilsen) öldürmək istəyirlər. Bu müddətdə "Kobra" və əməkdaşı Toni Qonsales (Reni Santoni) onların izinə düşməyə çalışırlar. Fotosessiyadan sonra manyaklar İnqridi öldürmək niyyətindədirlər. Lakin qatillər fotomodel İnqridi öldürmək istəyərkən, onun menecerini öldürürlər. İnqrid sağ qalır və bu barədə polislərə xəbər verir. Polislər onu xəstəxanada saxlayırlar. İnqrid xəstəxanada olarkən, manyaklar yenidən onu öldürmək istəyirlər. Lakin onlar bu dəfə də bunu edə bilmirlər. Bu hadisədən sonra "Kobra" və əməkdaşı onu qorumaları altına alırlar.

"Kobra" əməkdaşı Qonsaleslə birlikdə onu Kaliforniyanın şimalına aparır. Onlar gecəni oteldə keçirirlər. Oteldə "Kobra" və İnqrid bir-birlərinə aşiq olurlar. Səhərə yaxın qatillər otelə hücum etməyə başlayırlar. "Kobra"nın əməkdaşı ağır yaralanır və burada qalır. "Kobra" və İnqrid isə oteldən qaçırlar. Bu zaman çoxlu manyaklar "Kobra" tərəfindən öldürülür. "Kobra" ilə İnqrid zavoda tərəf qaçmağa başlayırlar. "Kobra" burada qatillərin başçısı Nayt Sleyşer və onun yaxın köməkçisi Nensi Stalk (Li Qarlinqton) ilə üz-üzə gəlir. "Kobra" ilə Nayt mübarizə aparmağa başlayırlar. Onlar arasında baş verən mübarizə zamanı Nayt Sleşer ona xatırladır ki, "Qanuna görə, heç bir polisin manyakı öldürməyə haqqı yoxdur, ancaq onu tutmağa ixtiyarı vardır". Kobra isə ona: "Burada qanun bitdi — qanun mənəm, alçaq!" deyərək, cavab verir. Mübarizənin sonunda "Kobra" Nayta qalib gələrək onu öldürür. Mübarizə bitdikdən sonra zavoda polislər gəlirlər. Qonsales tibbi yardım maşınında gəlir və "Kobra"nı alqışlayır. Filmin sonunda detektiv Mont onu tənqid etdiyinə görə "Kobra"dan üzr istəyir. Detektiv Mont ona dostluq naminə əl uzadır. Lakin "Kobra" onun üzünə yumruq zərbəsi vurur. "Kobra" və İnqrid motosikletə əyləşərək buranı tərk edirlər.

Ad Rol Qeydlər
Silvestr Stallone Leytenant Mariona Kobretti "Kobra"
Brigitta Nilsen İnqrid Knudsen Fotomodel
Brayan Tompson Nayt Sleşer Qatillərin başçısı
Reni Santoni Detektiv Qonsales "Kobra"nın dostu
Endryu Robinson Detektiv Mont "Kobra"nın nifrət etdiyi polis
Li Qarlinqton Nensi Stalk Nayt Sleşerin sevgilisi
Marko Rodriqes Psixopat Supermarketdəki qatil

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • "Kobra" filmi 1987-ci ildə Qızıl Moruq Mükafatının bir çox nominasiyalarına layiq görülmüşdür.
  • "Kobra" filmi Paul Qoslinqin "Dürüst oyun" romanı əsasında çəkilmişdir. Bu roman əsasında 1995-ci ildə "Dürüst oyun" filmi çəkilir. Çəkilən "Kobra" və "Dürüst oyun" filmlərinin hər ikisi Qızıl Moruq Mükafatının nominasiyalarına layiq görülmüşdür. Amma "Kobra" filmi daha məşhur olmuşdur.
  • Eddi Mörfinin baş rolda ifa etdiyi "Beverli-Hillz Polisləri 2" filmində detektiv Uilyamın mənzilində "Kobra" filminin afişası asılmışdır.
  • Filmdə "Kobra" tərəfindən idarə olunan " Ford Mercury" avtomobili Stalloneyə məxsusdur. Amma bu avtomobil 1994-cü ildə qaçırılmışdır. Stallone 2009-cu ildə avtomobilin başqa firmaya satıldığını öyrənir. Stallone avtomobili qaçıran antikvar kolleksiyaçısını məhkəməyə verir və ondan üç milyon dollar pul tələb edir. Sonda Stallone həm avtomobili, həm də pulu qazanır.[4][5]
  • "Kobra" filminin tənqidçilər tərəfindən neqativ qarşılanmasına baxmayaraq tamaşaçılar sırasında məşhur olmuşdur.
  • "Kobra" filmi çox qısa məzmuna görə "Dürüst oyun" romanının süjetinə yaxındır.

ABŞ ABŞ Qızıl Moruq Mükafatı (1987)

  • Ən pis film: "Kobra" filmi
  • Ən pis aktyor: Silvestr Stallone
  • İkinci planda ən pis aktyor: Brayan Tompson
  • Ən pis aktrisa: Brigitta Nilsen
  • Ən pis ssenarist: Silvestr Stallone
  • Ən pis yeni ulduz: Brayan Tompson
Track listing
BaşlıqİfaçıMüddət
1."Voice of America's Sons"John Cafferty & The Beaver Brown Band04:39
2."Feel the Heat"Jean Beauvoir04:01
3."Loving on Borrowed Time"Brian Short03:59
4."Skyline"Sylvester Levay03:25
5."Hold on to Your Vision"Gary Wright03:47
6."Suave"Miami Sound Machine03:04
7."Cobra"Sylvester Levay03:10
8."Angel of the City"Robert Tepper04:28
9."Chase"Sylvester Levay03:32
10."Two into One"Bill Medley & Carmen Twillie04:00
  1. Cronin, Brian "Movie Legends Revealed: Sly Stallone as Axel Foley?" Arxivləşdirilib 2014-06-16 at the Wayback Machine, January 16th, 2013. Retrieved February 20, 2015.
  2. "1986 Worldwide box-office" Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine. Retrieved February 20, 2015.
  3. IMDb (ing.). 1990.
  4. "Сильвестр Сталлоне: "Верните тачку!" » StarsLife. Новости шоу-бизнеса, светская хроника, знаменитости, звезды шоу-бизнеса, новости королевских семей". 2014-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-22.
  5. "Сталлоне вернул автомобиль". 2011-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]