Koduççi, Mauro

Mauro Koduççi və ya Kodussi (it. Mauro Codussi; təq. 1440[1][2][…], Berqamo əyaləti1504[1][2][…] və ya 23 aprel 1504[3], Venesiya) — İtalyan heykəltaraşı və erkən İntibah dövrü memarı.

Mauro Koduççi
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1440[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1504[1][2][…] və ya 23 aprel 1504[3]
Vəfat yeri
Vətəndaşlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
San Zakkariya kilsəsinin yarımdairəvi frontonu — Koduççinin stilinin tipik elementi. Françesko Quardinin rəsmi
Santa Maria Formoza Kilsəsi — şimal fasadı

Mauro Koduççi, 1440-cı ildə Berqamo yaxınlığında dünyaya gəlib. 30 yaşına qədər heykəltaraşlıq ixtisası üzrə təhsil aldığı Lombardiyada yaşayan Mauro, təxminən 1468-ci ildə Venesiyaya gəlir. Maraqlıdır ki, demək olar həmin vaxtda Venesiyaya digər bir görkəmli memar — Pyetro Lombardo da gəlir. Sonralar Pyetro, Mauro ilə bir çox ortaq işə imza atırlar.

Koduççi, Venesiyada bina dizaynında Florensiya motivlərini tətbiq etmiş ilk memar olmuşdu. O, intibahın yeniliklərini mövcud Bizans memarlıq üslubu ilə uğurla birləşdirməyi də bacarmışdı.

Koduççi üçün fasadların dəbdəbəli ornamentlərlə bəzənməsinə, yarımdairəvi fronton formalarına olan ehtiras tipik hesab edilirdi.

  • Howard, Deborah: Architectural History of Venice (2-е издание, 2004)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 CODUSSI MAURO // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
  3. 1 2 BeWeB.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]