Kolxida milli parkı (gürc. კოლხეთის ეროვნული პარკი) — Gürcüstanın qərbində Kolxida çökəkliyində yerləşən milli park. Milli park Qara dənizin şərq hissəsindəki sahilboyu rayonları və Kolxida çökəkliyindəki paleostomi gölünün hövzəsini əhatə edir. Kolxida milli parkı 1898-ci ildə təşkil olunmuşdur. Kolxida qoruğu da Milli parkın tərkibinə daxildir.
Kolxida Milli Parkı | |
---|---|
Sahəsi |
|
Yaradılma tarixi | 1998 |
Yerləşməsi | |
42°06′39″ şm. e. 41°41′46″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kolxida milli parkı Gürcüstanın 5 munisipalitetini (Zuqdidi, Xob, Senak, Abaş və Lançkut) əhatə edir. Milli parkın inzibati idarəçiliyi də beş rayona bölünür. Milli parkın mühafizə olunan ümumi sahəsi 446 km²-dir.[1] Parkın ərazisində vizit-mərkəz və mehmanxana da fəaliyyət göstərir, turist gəzintiləri təşkil edilir, turistlərə ekoturizm və idman balıqçılığı üzrə xidmətlər göstərilir.
Kolxida Milli parkının tərkibinə Avrasiyada 19 milyon il bundan əvvəl tropik və subtropik ekositem dövrü üçün xarakterik olan sürünənlərin qalıqlarının aşkar edildiyi Kolxida bataqlığı da daxildir. Piçori çayının töküldüyü Paleostomi gölü həm limanına, həm də təbii gözəlliyinə görə turistləri cəlb edir.[2]
Kolxida milli parkı üç ekosistemə - su, bataqlıq və qumlu ərazilərdə yetişən müxtəlif bitki növləri ilə zəngindir. Bu parkda gürcüstanın heç bir yerində təsadüf olunmayan bitki növlərinə də rast gəlmək mümkündür. Parkda həmçinin, Gürcüstanın "Qırmızı kitabına daxil edilmiş bir sıra bitkilər də yetişir. Bunlar əsasən aşağıdakılardır:
Kolxida milli parkının heyvanat aləmi müxtəlifliyi ilə diqqəti cəlb edir. Park həm də köçəri quşların qışlaşdığı məkanlardan biridir. Paleostomi gölündə 88 növ balıq vardir. Gürcüstanın "Qızıl kitab"ına parkda məskunlaşmış 6 növ heyvan daxil edilmişdir.