Mtirala Milli Parkı (gürc. მტირალას ეროვნული პარკი) — Acarıstan bölgəsində, Gürcüstanda yerləşən milli park.
Mtirala Milli Parkı | |
---|---|
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 2006 |
Yerləşməsi | |
41°41′03″ şm. e. 41°51′35″ ş. u.HGYO | |
Ölkə | |
apa.gov.ge/en/protected-… | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mtirala Milli Parkı 2007-ci ildə qurulub. Gürcüstanın Batumi şəhərindən 40 km uzaqlıqda yerləşir. Qaradənizə yaxın ərazidədir. SSRİ dövründə bura ən yağışlı ərazilərdən biri idi.[1]
Parkın adı, orada yerləşən Mtirala dağına görə adlandırılmışdır. Dəniz səviyəsindən 1.761m yüksəklikdə yerləşir. Adı tərcümədə "Ağlayan dağ" mənasına gəlir. Dağ Kobuleti və Çakvi bölgəsində yerləşir. Günümüzdə, Mtirala Milli Parkının mərkəzində, eyni adı daşıyan çayın kənarında Çakvistavi kəndi var. Parkın ərazisi təxmini altı min hektardır.[2]
Mtirala Milli Parkı, şəlalələri və gölləri olan subtropik dağdır. Tez-tez yağış yağdığına görə hava şəraiti həmişə nəm olur. Park iki əsas mənzərəyə sahibdir. Bunlar şəlalə və dağ gölüdür. Cəlb edən gözəlliyi ilə, zəngin təbiət örtüyünə görə bura, çox vaxt "Gürcü meşəsi" adlandırılır.
Park əkin şabalıdı və şərq fıstığı ağacları ilə sıxdır.
Parkın il boyu havası dumanlı və yağışlı olur.
Bu günkü gün parkda 95 heyvan növü yaşayır. İlanlar, kərtənkələlər, tritonlar və qurbağalar. Kiçik məməlilərdən biri sincab və biridə dovşandır. Meşədə vaşaq, tülkü və ya bir porsuqla qarşılaşma ehtimalı yüksəkdir. Əksər hallarda parkda qabanda görünür.