Borjomi-Xaraquli Milli Parkı (gürc. ბორჯომ-ხარაგაულის ეროვნული პარკი, borjom-kharagaulis erovnuli parki) və ya qısaca BXMP — Gürcüstanın paytaxtı Tiflisin cənub-qərbində, Kiçik Qafqazda yerləşən milli park.
Borjomi-Xaraquli Milli Parkı | |
---|---|
gürc. ბორჯომ-ხარაგაულის ეროვნული პარკი | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 851 km2 ha |
Yaradılma tarixi | 1995 |
Yerləşməsi | |
41°51′00″ şm. e. 43°10′00″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Vilayət | Samtsxe-Cavaxeti diyarı |
Yaxın şəhər | Tiflis |
borjomi-kharagauli-np.ge | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gürcüstanın ən böyük milli parklarından biridir. Altı inzibati rayondan ibarət olub Borjomi kurortundan Xaraqauli şəhərinə qədər uzanır. Qonşu Borjomi qoruğu ilə birlikdə sahəsi 851 km2-dir və Gürcüstan ərazisinin 1 %-indən çoxunu təşkil edir. Milli park 1995-ci ildə qurulsa da, rəsmi açılışı 2001-ci ildə baş tutmuşdur.
Milli parkın özünəməxsus xüsusiyyətləri ekoloji və coğrafi zonalarının müxtəlifliyi, mənzərəsi, tarixi abidələri, zəngin flora və faunasıdır. Milli parkın turizm infrastrukturu sürətlə inkişaf edir.
Milli parkın tarixi orta əsrlərə gedib çıxır. Buradan əvvəllər yerli zadəganlar ovçuluq üçün istifadə etmişlər.
Gürcüstan öz müstəqilliyini itirib Rusiya İmperiyasından asılı olandan sonra Mixail Nikolayeviç Romanova Cənubi Qafqazın qubernator-general vəzifəsi verilmişdir. O, buranın təbii gözəlliyini kəşf etmiş və burada özü üçün yay iqamətgahı — Likani iqamətgahını tikdirmişdir.
Park üçün əsas gözədəyən dəyişiklik Mixailin park ərazisində icazəsiz ağac kəsməyi məhdudlaşdırmasından sonra baş vermişdir. Beləliklə, gələcək milli parkın bünövrəsi qoyulmuşdur.
1995-ci ildə Dünya Təbiəti Qoruma Fondunun və Almaniya hökumətinin dəstəyi ilə milli park yaradılmış və 2001-ci ildə rəsmi açılışı olmuşdur.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin bir hissəsi milli parkın kənarından və onun su hövzəsindən keçir.[1] Bu neft kəmərinin bu hələ zərər görməmiş ərazinin yaxınlığından keçməsi bir çoxlarının etirazına səbəb olmuşdur.[2] Onlar həmçinin bunun torpaq sürüşmələrinə səbəb ola biləcəyini də ehtimal edirlər.
2008-ci ilin avqustunda milli parkda 3 km2 meşə sahəsi yanmış və Gürcüstan Rusiyanın ekosiddən istifadə etdiyini iddia etmişdir.[3]