Kolxis Akademiyası, Kolxis Ritorika Akademiyası (gürc. კოლხეთის უმაღლესი რიტორიკული სკოლა) və ya Fasis Akademiyası — eradan əvvəl III–IV əsrlərdə fəaliyyət göstərmiş təhsil mərkəzlərindən biri. Akademiya Kolxida çarlığının Fasis (hazırda Poti) şəhərində fəaliyyət göstərmişdir.[1]
Kolxis Akademiyası | |
---|---|
კოლხეთის უმაღლესი რიტორიკული სკოლა | |
Əsası qoyulub | e.ə. III əsr |
Bağlanıb | e.ə. IV əsr |
Şəhər | Fasis (hazıki Poti) |
Ölkə |
Akademiyanın mövcudluğu barədə birbaşa məlumat verən yeganə mənbə akademiyada təhsil almış yunan filosofu Femistiyin qeydləridir.[1] Femistiy 317-ci ildə Fasis şəhərində anadan olmuşdur. Onun yazdığına görə o dövrdə akademiya fəlsəfə və ritorika dərslərinin tədris olunduğu ən inkişaf etmiş təhsil mərkəzi olmuşdur. Fəlsəfə müəllimi olan atası Euqeneyin də burada təhsil aldığını yazan Femistiy, akademiyanı "tanrıçaların məbədi" adlandırmışdır.[2] Həmçinin akademiyada kimlərin dərs dediyi, təhsilin hansı dildə verilməsi və hansı dərslərin tədris olunması barədə dəqiq məlumat yoxdur. Femistiy akademiyanın qurucusunun adını çəkməsə də, onun müdrik və fəzilətli şəxs olduğunu yazır. Akademiyanın fəaliyyət göstərdiyi dövrlərdə Afina şəhərində təhsil almaq mümkün olsa da, ritorika elminin tədris olunduğu yeganə təhsil mərkəzi Kolxidada yerləşirdi.[3] Kolxis Akademiyasında fəlsəfə və bəlağət fənnlərinin tədrisi də önəmli rol oynayırdı.
Ehtimal edilir ki, akademiyada yunan dilinin ritorikası fənni tədris edilib və akademiyanın təhsil dillərindən biri də yunan dili olmuşdur. Həmçinin akademiyaya yunan dilini bilən tələbələrin də qəbul edilməsi barədə məlumatlar vardır. Bu səbəbdən akademiyanın əvvəllər yunan dili təhsili verən kiçik məktəb olduğu ehtimal edilir. Həmçinin Femistiyə görə akademiyadakı tədrisin məzmunu VI əsrə aiddir. Akademiyaya daxil olmaq üçün müəyyən şərtlər də mövcud olmuşdur. Yüksək ethimalla Romadakı ritorik təhsil müəsissələrindəki kimi[4] Kolxisdə də ədəbiyyat, astronomiya, riyaziyyatın əsasları, fəlsəfə və hüququn əsasları fənnləri tədris edilməkdə idi. Güman edilir ki, akademiyada antik kolx dilində də tədris verilirmiş. Tanınmış filosof İone Lazinin də akademiyada təhsil aldığı ehtimal edilir. Zaxari Qruzinə görə gürcü knyazı və filosof İberyalı Peter Konstantinopolda İone Lazidən fəlsəfə dərsi almışdır.