Zan dilləri, Zanuri (gürc. ზანური ენები) və ya Kolxida dili[1] — kartvel dillərinin qolu.[2] Zanuri meqrel və laz dillərindən təşkil olunmuşdur.[3][4][5] Bəzi dilşünaslar hesab edirlər ki, bu dillərin hər ikisi də zan dilinin ləhçələridir. Buna baxmayaraq, meqrel və laz dilləri qarşılıqlı olaraq, tam şəkildə anlaşıqlı deyil, ancaq bir dillərdən birini danışanlar o biri dildəki çox sözü tanıya bilir. Zanuri gürcü, svan və Acara dilləri ilə qohumdur.
Zan termini Kolxida tayfalarının birinin yunan-Roma dilindəki adından gəlir, hansı ki, demək olar ki, meqrel və svanlara verilən ad ilə eynidir. Gürcüstan dilşünası Akaki Şanidze Kolxida terminin zan dili üçün uyğun olacağını irəli sürmüşdür.
Kartvel dilləri üzrə ixtisaslaşmış Rusiya dilşünası Georgi Klimov tərəfindən aparılan bir qlottoxronoloji analizə görə, zan dilləri adi kartvel dil qrupundan e.ə. VIII əsrdə ayrılmışdır. Zan dili Qara dənizin cənub-şərq sahilləri boyunca, indiki Türkiyənin Trabzon şəhərindən Gürcüstanın qərbinə qədər olan ərazidə yaşayan bir icma tərəfindən daimi şəkildə danışılmışdır.
Zan dilində danışanlar Kolxidanın e.ə. II əsrin ortalarında süquta uğramasından sonra ilk ayrılma mərhələsinə daxil olmuşdur.[6] Buna baxmayaraq, əsl ayrılma VII əsrin ortalarında İmereti, Quriya və Acara kimi regionlara soxulmuş ərəblərin qovduğu gürcüdilli xalqların intruziyaları nəticəsindən ayrılmalı olmuşdur.[7]
Coğrafiya ilə, daha sonra isə siyasət və din ilə ayrılmış şimali və cənubi zan dilləri axırda, meqrel və laz dillərinə bölünür. Diferensiasiya demək olar ki, erkən müasir dövrdə tamamlandığından indiki dövrdə birləşmiş bir zan dilində danışmaq ənənəvi deyil. Hal-hazırda, meqrel dili əksəriyyəti Meqreliyada və Abxaziyada yaşayan meqrellər tərəfindən, laz dili isə əksəriyyətinin Türkiyədə və Acarada yaşadığı lazlar tərəfindən danışılır. Zan dillərindən təxminən 800.000 nəfər danışır.[7]
Aşağıdakı cədvəldə laz və meqrel dillərinə aid bəzi söz nümunələri verilmişdir:
Azərbaycan dili | Laz dili | Meqrel dili |
---|---|---|
Xəbər | Ambari | Ambe |
Yeni | Ağani | Axali |
İxtiyar | Badi | Badidi |
Süd | Mja | Bja |
Tut | Bjoli | Bjola |
Qardaş | Cuma | Cima |
Bazar | Mjaçxa | Jaşxa |
Toyuq | Kotume | Kotomi |
Gəldik | Komoptit | Kumoprtit |
Saymaq | Ǩoroʒxu | Ǩoroʒxua |
Ailə | Ocaği | Ocaxi |
Səkkiz | Ovro | Ruo |
Meqreliya | Omargale | Samargalo |
Kar | Mtfi | Tinu |
Göyərçin | Ťoroci | Ťoronci |
Qəlbsiz | Uguroni | Ugure |
Öncə | Ǯoxle | Ǯoxole |