Kompüter savadlılığı

Kompüter savadlılığı

Kompüter savadlılığı (computer literacy) – kompüterlərdən səmərəli istifadə vərdişləri də daxil olmaqla, onlar haqqında biliklərin səviyyəsi. Bəzən (və tamamilə əsassız olaraq) kompüterlərə, dərin texniki biliklərin və ya riyaziyyatelektronika sahəsində yüksək ixtisaslaşmanın gərək olduğu sistem kimi baxırlar. Əslində isə başqa fənnlər kimi, hesablama texnıkasında da müxtəlif səviyyəli səriştəlilik (kompetentlik) mümkündür. Kompüter savadlılığının ən az ixtisaslaşdırılmış səviyyəsi kompüterin işə salınması ardıcıllığı, sadə tətbiqi proqramların çalışdırılması, istifadə olunması və işinin başa çatdırılması, informasiyanın yadda saxlanılması və çapı kimi bacarıqların olmasını nəzərdə tutur. Daha yüksək səviyyədə kompüter savadlılığı anlayışı daha detallaşdırılmış olur; məsələn, mürəkkəb tətbiqi proqramlarla manipulyasiya etməyi və ola bilsin, BASIC və ya C kimi dillərdə proqramlaşdırmağı bacarmaq lazımdır. Kompüter savadlılığının ən yüksək səviyyəsi elektronika, assembler dili kimi sahələrdə xüsusi biliklərin olmasını nəzərdə tutur. Dünyada kompüter savadlılığını təsdiq edən standartlar mövcuddur ki, onların içərisində ECDL sertifikatı (European Computer Driving Licence – Avropa kompüter hüququ) daha geniş yayılıb. AvropaABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı, onu alanın informasiya texnologiyalarının əsas konsepsiyaları ilə tanış olduğunu, fərdi kompüterdən və başlıca tətbiqi proqramlardan istifadə edə bildiyini təsdiq edir. ECDL sertifikatlaşması istifadə olunan proqram təminatının növündən asılı deyil, yəni testləməni istər Microsoft proqram məhsulları (Windows 98, 2000, XP, Vista; Office 2000, 2002, 2003, 2007), istərsə də “açıq mətnli” (OPEN SOURCE) tətbiqi proqramları (Linux (Unix), Open/Star Office) üzrə aparmağa imkan verir. ECDL Tədris planı aşağıdakı modullardan ibarətdir:

1. İnformasiya texnologiyalarının əsasları 2. Kompüterdə iş. Fayl sisteminin idarə olunmasının əsas əməliyyatları 3. Mətnlərin emalı 4. Elektron cədvəllər 5. Verilənlər bazaları 6. Təqdimatlar 7. İnformasiya və kommunikasiya

ECDL proqramı test mərkəzləri sistemi vasitəsi ilə reallaşdırılır. Bu mərkəzlər orta məktəblərdə, ali məktəblərdə, tədris mərkəzlərində, kadr hazırlığı və başqa müəssisələrdə yaradıla bilər. Test mərkəzləri öz bazalarında testləmə aparmaq və beynəlxalq səviyyəli sertifikatlar və plastik kartlar vermək imkanı əldə edirlər. Bir çox ölkələrdə dövlət qulluğuna işə qəbul üçün ECDL sertifikatının olması məcburi tələbdir. Beynəlxalq qurumlarda da ECDL sertifikatlarına xüsusi önəm verilir. Sin: COMPUTER BASICS.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

computer literacy Arxivləşdirilib 2017-05-18 at the Wayback Machine