Maliyyə savadlılığı

Maarifçilik səviyyəsi ilə israfçılıq arasında asılılıq

Maliyyə savadlılığıMaliyyə savadlılığı fərdlərin büdcə, qənaət, borc alma və investisiya kimi təməl maliyyə anlayışları mövzusunda real iqtisadi şərtləri də nəzərə alaraq qəraralma qabiliyyətidir[1]. İnsanların şəxsi maliyyə vəziyyətini necə idarə edəcəyi qabiliyyətini göstərən bir səviyyədir. Gündəlik həyatda insanlar qarşılaşdığı maliyyə vəziyyətlərinə qarşı öz problemlərini necə həll edə bilmə və planlı bir şəkildə qərarlar almanı göstərən kafilik, ya da qabiliyyətidir. Düzgün maliyyə qərarlarının verilməsi və fərdlərin maddi rifahının yaxşılaşdırılması üçün zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq, baxış və davranışlar toplusudur[2]. İƏİTİqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (ing. ing. Organization for Economic Co-operation and Development, OECD – demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat) maliyyə savadlılığını bu şəkildə ifadə edir: "Maliyyə istehlakçılarının öz rifah hallarını yaxşılaşdıra bilmək üçün maliyyə məhsullarıkonsepsiyalarını başa düşmək, maliyyə risklərini və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək və digər səmərəli addımlar atmaq üzrə bacarıqlar toplusudur". Maliyyə savadlılığı anlayışı ABŞAvstraliyada Financial literacy (maliyyə savadlılığı), Kanadaİngiltərədə Financial capability (maliyyə qabiliyyəti) olaraq təyin olunmaqdadır[3].

  1. Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat İnstitutu, k.e.i Hacıyev Murad Zaman oğlu, http://economics.com.az/index.php/kitabxana/bizim-s-rl-r/meqaleler/item/841-maliyyae-savadl-l-zhh-n-n-insanlar-n-maliyyae-davran-shlar-na-taesiri.html Arxivləşdirilib 2020-02-10 at the Wayback Machine
  2. Murad Hacıyev, Maliyyə savadlılığının insanların maliyyə davranışlarına təsiri. http://www.xural.com/maliyy%C9%99-savadliliginin-insanlarin-maliyy%C9%99-davranislarina-t%C9%99siri/ Arxivləşdirilib 2017-09-29 at the Wayback Machine
  3. Murad Hacıyev, Maliyyə savadlılığının insanların maliyyə davranışlarına təsiri http://economics.com.az/images/fotos/elmi_eserler_pdf/2017_1/34%20Heciyev_M.pdf Arxivləşdirilib 2017-06-16 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]